"ATƏT Parlament Assambleyası sədrinin müavini, ATƏT PA-da Almaniya nümayəndə heyətinin rəhbəri xanım Doris Barnet ATƏT Parlament Assambleyasının Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə missiyasının rəhbəri təyin olunub". SİA-nın məlumatına görə, bunu Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.Onun sözlərinə görə, təşkilatın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədri, Yunanıstan nümayəndə heyətinin rəhbəri Makis Voridisə isə müşahidə missiyası rəhbərinin müavini vəzifəsi həvalə edilib: "Müşahidə missiyasına ATƏT PA-nın 25 nümayəndəsi daxildir. Onlardan 16-sı 14 ölkəni təmsil edən deputatlardır".Xatırladaq ki, Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə məqsədilə ATƏT PA-dakı Fransa nümayəndə heyətinin üzvü Mişel Vuazən də Xüsusi əlaqələndirici vəzifəsinə təyin olunub.
sia.az