Ötən gün qondarma müxalifət qurumunun keçirməyə cəhd göstərdiyi aksiya radikal düşərgənin "gücünü", bazasını, elektorat sayını və ən əsası acınacaqlı vəziyyətini bir daha ortaya çıxardı. Qəti şəkildə söyləmək olar ki, düşərgə təmsilçilərinin "mitinq" adlandırdığı, amma iştirakçı sayına görə mitinqdən çox-çox geridə qalan, ən yaxşı halda "piket" adlandırıla biləcək bu "aksiya" növbəti dəfə radikalların heç bir sosial bazaya, elektorata malik olmadığını əyani şəkildə göstərdi.İştirakçıların böyük əksəriyyətinin jurnalistlərin və həmin partiyaların funksionerlərinin, o cümlədən, həmin funksionerlərin ailə üzvlərinin olduğunu nəzərə alsaq, ortada qalan rəqəm "birləşmiş müxalifətin" hansı gündə və vəziyyətdə olduğunu deməyə əsas yaradır. Həqiqətən də, radikal müxalifətin hər zaman olduğu kimi, şou yaratmaq cəhdləri, aksiyaların kütləviliyini təmin edə bilməmələrinin səbəbini, hətta günahını min bir ünvana yönəltməsi onların məqsədlərinin birmənalı olduğunu göstərir. Görünən odur ki, onlar xarici qüvvələrdən əldə etdikləri maddi vəsaitin mənimsənilməsinə istiqamətlənən bu "mitinq-piket" oyunları ilə sadəcə gözdən pərdə asmaq istəyirlər. Səsləndirdikləri min yalan isə bir daha xatırladaq ki, aksiyanın kütləviliyini təmin edə bilməmələrindən irəli gəlir. Hətta gənclərin də aldadılaraq aksiyaya gətirilməsi bu dediklərimizə bariz sübutdur.
sia.az