PDF Oxu

Siyasət

  • 18

Ağdaşda möhtəşəm mitinq-konsert keçirilib

Ağdaşda möhtəşəm mitinq-konsert keçirilib

Ağdaşda Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyevin təbliğat-təşviqat kampaniyası davam edir. SİA-nın məlumatına görə, kampaniya çərçivəsində rayonun Dövlət Humanitar Kollecinin idman meydançasında zirvə görüşü- mitinq-konsert keçirilib.Ağdaşlı seçicilərlə görüşə akademik Vasim Məmmədəliyev, millət vəkilləri Şəmsəddin Hacıyev, Elton Məmmədov, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Şirvan zonası üzrə kuratoru Həsən Daşdəmirov və tanınmış incəsənət ustaları gəliblər.Mitinqin açılışında çıxış edən YAP Ağdaş rayon təşkilatının sədri Cavid Osmanova bildirib ki, hakim partiya tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyev yalnız Yeni Azərbaycan Partiyasının namizədi deyil, bütün Azərbaycan xalqının ürəyincə olan bir namizəddir: "Azərbaycan xalqı artıq öz seçimini 10 il bundan qabaq Prezident İlham Əliyevə səs verməklə edib. Ağdaşlılar isə hər zaman olduğu kimi, bu seçkilərdə də Azərbaycan xalqının içində ən qabaqda gedəcək, öz liderliyini qoruyub saxlayacaq. Sizin hər birinizi 9 oktyabrda seçki məntəqələrinə gələrək Azərbaycanın gələcəyinə, müstəqilliyimizin qarantına, gözəl inkişafımıza, növbəti 5 il sabitliyimizə - cənab İlham Əliyevə səs verməyə çağırıram".Mitinqdə çıxış edən akademik Vasim Məmmədəliyev, millət vəkilləri Elton Məmmədov, Şəmsəddin Hacıyev, rayon Ağsaqqallar Şurasının üzvü, Əməkdar müəllim Akif Hacızadə, YAP Ağdaş rayon təşkilatı Gənclər Birliyinin sədri Anar Şahmuradov ölkədə gedən inkişafdan, bu inkişaf üçün cənab İlham Əliyevin həyata keçirdiyi tədbirlərdən danışıb, ağdaşlıların 9 oktyabrda seçki məntəqələrinə gələrək İlham Əliyevə səs verəcəklərinə əmin olduqlarını bəyan ediblər.Mitinqdən sonra səhnə incəsənət ustalarının ixtiyarına verilib, onlar öz ifaları ilə ağdaşlı seçicilər qarşısında çıxış edib və bütün seçiciləri cənab İlham Əliyevə səs verməyə çağırıblar.

sia.az

Digər xəbərlər