PDF Oxu

Siyasət

  • 9

Xalq Cənab İlham Əliyevi dəstəkləyir

Xalq Cənab İlham Əliyevi dəstəkləyir

9 oktyabrda ölkəmizdə keçiriləcək prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası davam edir. Vətəndaşlar bu kampaniyanı izləyir və artıq seçki günü kimə səs verəcəklərini müəyyənləşdiriblər. Xalqın seçimi YAP-ın namizədidir. Bu, özünü əhali arasında keçirdiyimiz sorğuda bir daha təsdiq etdi.

Əmiraslanov Bayram,

müəllim:

- Azərbaycan xalqının inandığı, güvəndiyi bir namizəd var ki, o da Cənab İlham Əliyevdir. Mən və bizim ailə üzvlərimiz Prezidentimizə inanırıq. Biz əminik ki, O, bundan sonra da ölkəmiz və xalqımız üçün yorulmadan, dayanmadan çalışacaq. 9 oktyabrda seçki məntəqəsinə gedərək YAP-ın namizədi Möhtərəm İlham Əliyevə səs verəcəyəm. Artıq bu, mənim qəti fikrim və seçimimdir.

Qasımov Elşən,

Bakı şəhər sakini:

- 9 oktyabrda keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlər arasından artıq öz seçimimi etmişəm. Təbii ki, bu seçim Cənab İlham Əliyedir. Hörmətli Prezidentimiz xalqımızın fəxridir. Biz istəyirik ki, Prezidentimiz İlham Əliyevin gözəl siyasəti davam etsin. Çünki bu uğurlu siyasət nəticəsində Azərbaycanımız inkişaf edib. Mən və ailə üzvlərimiz seçki günü məntəqəyə gedəcək və Cənab İlham Əliyevə səs verəcəyik.

Dadaşov Sabir,

pensiyaçı:

- Hamımız şahidi oluruq ki, ölkəmizdə günü-gündən müsbət istiqamətdə yeniləşmə, müasirləşmə davam edir. Parklar salınır, yeni iş yerləri açılır, sosial rifah yaxşılaşır. Bütün bunlar isə Prezidentimizin parlaq siyasətinin bəhrəsidir. Xalqımız Möhtərəm İlham Əliyevi sevir və Ona inanır. İstəyirik ki, növbəti 5 ildə də Cənab İlham Əliyev Respublikamızın prezidenti olsun. Təbii ki, bunun üçün də səsvermə məntəqəsinə gedib YAP-ın namizədinə səs verəcəyik.

Tağıyev Məhəmmədəli,

şəhər sakini:

- Azərbaycan xalqının fəxr etdiyi, sevdiyi, inandığı, güvəndiyi yeganə namizəd Cənab İlham Əliyevdir. O, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqli şəkildə davam etdirir. Bu kurs Azərbaycanımızı uğurlara, qələbələrə aparır. Bu kurs davam etməlidir. Hörmətli İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmiz bundan sonra da uğurlar qazanacaq. Biz 9 oktyabrda bu siyasətin davamına səs verəcəyik.

Təhməzli Rövşən,

tələbə:

- Mən bir tələbə kimi deyə bilərəm ki, ölkəmizin təhsil sistemi gündən-günə inkişaf edir. Təhsilimizə və gənclərimizə Prezidentimiz xüsusi diqqət və qayğı göstərir. Bu bizləri sevindirir və ruhlandırır. Təkcə təhsil sahəsi deyil, ümumiyyətlə, bütün sahələr inkişaf edir. Mən əminliklə deyə bilərəm ki, Azərbaycan gəncliyi Cənab İlham Əliyevin parlaq siyasətinin davam etməsini istəyir. Bunun üçün də prezident seçkiləri günü seçki məntəqəsinə gedərək YAP-ın namizədi Cənab İlham Əliyevə səs verəcəyik.

Əliyev Malik,

tələbə:

- Mənim fikrim bundan ibarətdir ki, 9 oktyabrda Cənab İlham Əliyevə səs verməklə, Azərbaycanın bundan sonrakı uğurlarına səs vermiş olacam. Çünki uğurlarımız yalnız Onun adı ilə bağlıdır. Azərbaycan dünya dövlətləri arasında lider dövlətə çevrilib. Bu isə Prezidentimizin parlaq siyasətinin bəhrəsidir. Mən öz Prezidentimə inanıram və Onu növbəti 5 ildə də prezident kimi görmək istəyirəm. 9 oktyabrda səsimi Cənab İlham Əliyevə verəcəyəm.

İsmayıl Quliyev,

Cahid Süleymanov

Digər xəbərlər