PDF Oxu

Siyasət

  • 12

AZƏRBAYCAN BALKAN ÖLKƏLƏRİNDƏ, BOLQARISTANDA, ALBANİYADA, AVSTRİYADA, ALMANİYADA VƏ İTALİYADA REAL TƏSİRƏ MALİKDİR

AZƏRBAYCAN BALKAN ÖLKƏLƏRİNDƏ, BOLQARISTANDA, ALBANİYADA, AVSTRİYADA, ALMANİYADA VƏ İTALİYADA REAL TƏSİRƏ MALİKDİR

"Obozrevatel.com": "İlham Əliyevi seçicilərin 80 faizindən çoxu dəstəkləyir"

Ötən gün Ukraynanın "Obozrevatel.com" saytında İlham Əliyevin oktyabrın 9-da keçiriləcək president seçkilərində İlham Əliyevin qalibiyyətinə inandıqları və seçicilərin 80 %-nin İlham Əliyevi dəstəklədiklərini bildirən məqalə yer alıb. Məqalədə bildirilir ki, Azərbaycanın həyata keçirdiyi müstəqil, balanslaşdırılmış xarici siyasət kursu ölkəmizin beynəlxalq nüfuzunun artmasında böyük rol oynayır. Rəsmi Bakının bu siyasətinin nəticəsidir ki, ölkəmiz 150-dən çox dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildiyi və Azərbaycanın həyata keçirdiyi bu siyasətin beynəlxalq ekspertlərin, siyasi analitik mərkəzlərin də diqqət mərkəzində olduğu vurğulanır.

AZƏRBAYCAN MDB MƏKANINDAKI DÖVLƏTLƏRİ İQTİSADİ İNKIŞAF VƏ DÜZGÜN SİYASİ KURS BAXIMINDAN GERİDƏ QOYUB

Məlumatda bildirilir ki, postsovet məkanında bir-birinə zidd olan Qərbyönümlü və Rusiyayönümlü siyasət həyata keçirilir: "Litva, Latviya və Estoniya birmənalı şəkildə qərbyönümlü kursunu seçiblər. Digər postsovet ölkələri isə hələ də Rusiyanın güclü təsiri altındadır. Nədənsə, bir çox ekspertlər, o cümlədən, Ukrayna da daxil olmaqla postsovet ölkələri Azərbaycanda inkişafın uğurunu görmək istəmirlər. Bu keçmiş sovet ölkəsi Avropa İttifaqı, ABŞ, Yaxın Şərq və MDB ölkələri ilə uğurla əməkdaşlıq edir. Rusiya prezidenti Vladimir Putinin son Bakı səfəri göstərdi ki, Azərbaycan fərqli tərəfdaşlarla ümumi dil tapa, bərabərhüquqlu dialoq qura bilir. Bu respublikada çoxdandır ki, nəhəng Qərb enerji şirkətləri fəaliyyət göstərir. Bakı bu gün eyni vaxtda bir neçə neft-qaz kəmərinin, eləcə də TANAP və TAP-ın inşasında iştirak edir, bu yaxınlarda Yunanıstanın qaz şəbəkəsini alıb. Elə keçən il Azərbaycan ona dost dövlət olan Türkiyə iqtisadiyyatına 20 milyard dollar sərmayə yatırıb. Birgə layihələr sayəsində Azərbaycan iqtisadiyyatı yeni səviyyəyə yüksələrək, enerji sahəsindən asılı olmayaraq elmtutumlu, yüksək texnologiyaların tətbiqi ilə inkişaf edir. Bu isə, öz növbəsində, ölkənin xarici siyasi mövqeyini gücləndirib".

Azərbaycan Balkan ölkələrində - Bolqarıstanda, Albaniyada, Avropa ölkələri olan Avstriya, Almaniya və İtaliyada real təsirə malikdir. "İlham Əliyev ölkəsini ən güclü regional liderə çevirmiş, strategiyaya sadiq qalaraq, seçkiöncəsi dedi-qodulara diqqət ayırmayaraq, planauyğun tərzdə işini davam etdirir. O, Rusiya, Avropa İttifaqı, ABŞ və Yaxın Şərqdəki tərəfdaşları üçün yeni təşəbbüslər ortaya qoyur". Bunu Ukraynanın "Obozrevatel.com" saytı qeyd edir.

Eyni zamanda Ukrayna xəbər agentliyi son 10 ildə Azərbaycanın beynəlxalq arenada nüfuzlu siyasi oyunçuya çevrildiyini və bu ölkənin illər ərzində ardıcıl olaraq bir tərəfdən "çoxvektorlu", digər tərəfdən "bərabərhüquqlu münasibət" siyasəti həyata keçirdiyini vurğulayıb. Eyni zamanda, Ukrayna KİV-i ümumilikdə, Azərbaycanın Balkan ölkələrində - Bolqarıstanda, Albaniyada, Avropa ölkələri olan Avstriya, Almaniya və İtaliyada real təsirə malik olduğunu da bildirib.

Məlum olduğu kimi, bu ölkələrin hər biri Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bunu avropalıların tez-tez Bakıya səfər etməsi və Azərbaycanla tərəfdaşları arasında imzalanan sənədlər də təsdiqləyir. Buna misal olaraq Azərbaycanla Xorvatiya arasında strateji tərəfdaşlıq haqqında Zaqreb bəyannaməsini göstərmək olar. Eləcə də Birləşmiş Ştatlar Azərbaycanla əməkdaşlıq etməyə hazırlığını və arzusunu hər fürsətdə nümayiş etdirir.

Sonda isə Ukraynanın xəbər agentliyi Azərbaycana və onun düzgün iqtisadi potensialını dəyərləndirərək bildirib: "Ukrayna Azərbaycana dostluq münasibəti olan respublika kimi yox, bu gün və gələcəkdə sərfəli iqtisadi münasibətlərimizin ola biləcəyi çox qüdrətli dövlət kimi baxmalıdır".

Ülkər Musazadə

Digər xəbərlər