PDF Oxu

Siyasət

  • 10

ATİ-də Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə bağlı görüş keçirilmişdir

ATİ-də Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə bağlı görüş keçirilmişdir

Oktyabrın 2-də Azərbaycan Turizm İnstitutunda (ATİ) oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə bağlı görüş təşkil edilmişdir.

AzərTAc xəbər verir ki, ilk dəfə səs verəcək seçici tələbələri maarifləndirmək məqsədilə təşkil olunmuş görüşdə ATİ-nin rektoru, professor Cəfər Cəfərov tədbirin hər bir gəncin qərar vermək zamanı düşünülmüş addım atmasında əhəmiyyətini nəzərə çatdırmışdır. O, hər bir gəncin səs vermək, seçmək hüququnu qarşıdakı 5 ilə inamı kimi dəyərləndirmişdir.

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Aydın Mirzəzadə vurğulamışdır ki, ölkəmiz daha bir yeni dönəmin, inkişafın, tərəqqinin astanasındadır. Qarşıdakı 5 ildə Azərbaycanın uğurları, dünyada nüfuzunun artması məhz siz seçicilərin düzgün seçimindən asılıdır. Ölkəmizdə yaşından asılı olmayaraq, hər birimizin seçkilərdə azad surətdə iştirak etmək və seçmək hüququ vardır. İnanıram ki, ölkənin ali məktəbləri arasında ən cavanı sayılan ATİ və onun tələbələri prezident seçkilərində xüsusi fəallıq göstərəcəklər.

Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Şaitdin Əliyev prezident seçkilərində seçicilərin 9,6 faizinin ilk dəfə səs verəcəyini bildirmişdir. Ümumilikdə isə seçicilərin 40 faizinin gənclərdən ibarət olduğunu diqqətə çatdırmışdır. O, ölkə əhalisini maarifləndirmək məqsədilə MSK tərəfindən xüsusi yaddaş kitabçalarının, təlimatların, hər bir seçicinin məqsəd və vəzifələrini əks etdirən çap məhsullarının işlənib hazırlandığını söyləmişdir.

Digər çıxış edən müəllim və tələbələr də gəncləri qarşıdan gələn prezident seçkilərində fəal olmağa çağırmışlar.

AzərTAc

Digər xəbərlər