PDF Oxu

Siyasət

  • 11

“AtaSığorta”nın “Mərkəzi” filialı yeni ünvanda sığorta xidmətləri göstərəcək

“AtaSığorta”nın “Mərkəzi” filialı yeni ünvanda sığorta xidmətləri göstərəcək

Hər zaman müştərilərinə daha operativ və keyfiyyətli sığorta xidmətləri göstərməyə çalışan "AtaSığorta" ASC-nin "Mərkəzi" filialı yeni ünvanda fəaliyyətini davam etdirəcək. SİA-ya verilən məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsi 11/77 ünvanında yerləşən filialda müştərilərə geniş profilli sığorta məhsullarının təqdim edilməsi nəzərdə tutulur. "AtaSığorta" Strateji Planına uyğun olaraq bundan sonra da yeni filial və nümayəndəliklərin açılması işini davam etdirəcək.Yeni ünvanda yerləşən filialın açılış mərasimində çıxış edən "AtaSığorta" ASC İdarə Heyətinin sədri Müseyib Əliyev qeyd edib ki, son zamanlar "AtaSığorta" müştərilərinə daha da yaxın olmaq və onlara keyfiyyətli sığorta xidmətləri göstərməyə xüsusi diqqət yetirir: "Biz inanırıq ki, "Mərkəzi" filialın da bu yöndə rolu çox böyük olacaq. "Mərkəzi" filialın rahat ünvanda yerləşməsi, ofisdə yaradılan gözəl şərait və qayğıkeş əməkdaşlarımız müştərilərimizi məmnun edəcək".Qeyd edək ki, "AtaHolding" Şirkətlər Qrupuna daxil olan "AtaSığorta" 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 4 filial və 4 nümayəndəlik daxildir.

sia.az

Digər xəbərlər