PDF Oxu

Siyasət

  • 13

Almaniyada fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb

Almaniyada fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb

Almaniyada fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti 2013-cü il oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb. Təşkilat bu bəyanatla dünya azərbaycanlılarını İlham Əliyevin namizədliyini dəstəkləməyə və ona səs verməyə çağırır. İlham Əliyevi bu posta layiqli namizəd kimi görən Cəmiyyət hesab edir ki, Azərbaycan məhz onun rəhbərliyi altında bir çox sahələrdə böyük uğurlara imza atıb. Azərbaycan ərazi bütövlüyünün bərpası istiqamətində də düzgün siyasət yürütməyə nail olub. "Təsadüfi deyil ki, Avropanın aparıcı dövlətlərindən biri olan Almaniyanın ali orqanı - Bundestaq Azərbaycanın ərazi bütövlüyünü özündə ehtiva edən qətnamə qəbul edib".

Bütün bu nailiyyətləri təqdir edən təşkilat Avropadakı Azərbaycan diasporunu milli və dövlət maraqlarımıza dair məsələlərdə razılaşdırılmış ümumi mövqe nümayiş etdirməyə çağırıb: "Avropada yaşayan milyonlarla azərbaycanlı arxasında qüdrətli Azərbaycan dövlətinin gücünü hiss edir. Bu baxımdan qarşıdan gələn prezident seçkiləri bizim də diqqət mərkəzimizdədir. İnanırıq ki, Azərbaycan xalqı yenə də müdrik seçim edərək Heydər Əliyev siyasi kursunu layiqincə həyata keçirən İlham Əliyevə etimad göstərəcək".

Qey edək ki, Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti Almaniyanın Maqdeburq şəhərində Zakhsen-Anhalt vilayətində fəaliyyət göstərir. Təşkilat Yaşar Niftəliyevin rəhbərliyi altında Azərbaycanın təbliğinə həsr olunmuş bir sıra layihələr həyata keçirib.

yap.org.az

Digər xəbərlər