PDF Oxu

Siyasət

  • 7

Litvanın təhsil və elm nazirinin müavini: Azərbaycan və Litva təhsil sahəsində əməkdaşlığa dair saziş imzalamağı planlaşdırır

Litvanın təhsil və elm nazirinin müavini: Azərbaycan və Litva təhsil sahəsində əməkdaşlığa dair saziş imzalamağı planlaşdırır

Azərbaycan və Litva təhsil sahəsində əməkdaşlığa dair saziş imzalamağı planlaşdırır. Bu barədə Litvanın təhsil və elm nazirinin müavini Rimantas Vaytkus Bakıda məlumat verib.

Nazir müavini bildirib: "Mən şadam ki, qısa müddət ərzində Litvanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin sayı 3 dəfə artıb və hazırda onların sayı 70-i ötür. Litva maraqlı ölkədir və hesab edirəm ki, azərbaycanlı tələbələr bizim ölkədə layiqli təhsil ala bilərlər".

Onun sözlərinə görə, Litva Avropa İttifaqının (Aİ) üzvü kimi artıq öz təhsil sistemini Avropa tələblərinə uyğun dəyişib, təhsilin keyfiyyəti yaxşılaşıb. Bakıya cari səfəri çərçivəsində Azərbaycanın təhsil naziri və ölkənin qabaqcıl iki universitetinin rektoru ilə görüşdüyünü deyən nazir müavini bildirib ki, görüşlərdə təhsil sahəsində iki ölkənin əməkdaşlıq perspektivləri müzakirə edilib: "Hər iki ölkə təhsil sahəsində əməkdaşlığa dair yeni saziş hazırlamaq barədə razılığa gəlib və düşünürəm ki, gələcəkdə həmin saziş imzalanacaq".

yap.org.az

Digər xəbərlər