Çexiya Respublikasında yaşayan və təhsil alan azərbaycanlı tələbələr oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərində bütün soydaşlarımızı vətənin gələcəyi naminə İlham Əliyevə səs verməyə çağırıb. Gənclərin bəyanatında deyilir: "Biz şahidik ki, güclü iqtisadiyyata, siyasi sabitliyə, böyük hərbi potensiala və demokratik inkişaf xəttinə malik dövlətimiz İlham Əliyevin rəhbərliyi altında qarşıya qoyduğu istənilən vəzifənin öhdəsindən uğurla gəlir". Gənclər bu gün azərbaycanlıların öz haqq səsini dünyanın istənilən tribunasında ucaltmağa müvəffəq olduğunu, Azərbaycanı ürəkdən sevən, azərbaycançılıq ideologiyasına xidmət edən diasporun formalaşdığını, Azərbaycanın beynəlxalq aləmdə rolunun artdığını qeyd edir. Lakin təəssüflə bildirirlər ki, ölkəmizin imicinə xələl gətirməyə çalışan bəzi soydaşlarımız bütün Avropada fəaliyyət göstərən Azərbaycan diasporu adından çıxış edir. Çexiyadakı gənclərimiz onların bu hərəkətini təqdir etmir və etirazlarını bildirilər.
Bəyanatın sonunda Çexiya Respublikasında yaşayan və təhsil alan azərbaycanlı tələbə-gənclər Avropa azərbaycanlılarını qarşıdakı seçkilərdə son 10 ildə Azərbaycandakı inkişafın və sabitliyin təminatçısı, Ilham Əliyevi dəstəkləməyə çağırıb.
yapo.org.az