PDF Oxu

Siyasət

  • 13

YAP Nəsimi rayon təşkilatı ilk dəfə səs verəcək gənclərlə görüşüb

YAP Nəsimi rayon təşkilatı ilk dəfə səs verəcək gənclərlə görüşüb

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı hakim partiyanın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat və təşviqat kampaniyası çərçivəsində ilk dəfə səs verəcək gənclərlə görüş keçirib. SİA-nın məlumatına görə, görüşdə YAP Siyasi şurasının üzvü, Partiyanın Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, gənclər birliyinin sədr müavini Ramin Məmmədov, YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri, hakim partiyanın Gənclər Birliyinin Ofisinin rəhbəri Sərraf Balaxan və digər şəxslər iştirak ediblər.YAP Nəsimi rayon təşkilatı gənclər birliyinin sədri Sərraf Hüseynov deyib ki, 9 oktyabrda verəcəyimiz qərar birbaşa Azərbaycanın taleyini, özümüzün və övladlarımızın gələcəyini müəyyən edəcək: "Təbii ki, seçimimiz hər birimizin dəstəklədiyi və YAP-ın namizədi olan cənab Prezident İlham Əliyev olacaq. Siz gənclərin hər bir səsi ölkəmizin gələcək taleyinin həll olunmasında çox önəm daşıyır. Sizin verəcəyiniz səs, bizim qazanacağımız qələbənin daha möhtəşəm olacağına zəmin yaradır. Bir sözlə, 9 oktyabrda hamımız birmənalı şəkildə seçki məntəqələrində olmalıyıq. İnsanların öz müqəddaratını və növbəti 5 ili etibar edəcəyi namizəd artıq məlumdur".YAP Gənclər Birliyinin sədri Seymur Orucov isə diqqətə çatdırıb ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyamızın 600 mindən artıq üzvü var: "Bu isə özlüyündə həmin böyük qüvvənin gənclər qurumu olaraq bizim üzərimizə əlavə məsuliyyətlər qoyur. YAP-ın ölkəmizin ictimai-siyasi həyatında roluna uyğun olaraq partiyanın Gənclər Birliyi də hər zaman fəallıq nümayiş etdirməlidir. Bu gün YAP Gənclər Birliyi Azərbaycanın ən böyük, güclü gənclər təşkilatıdır. Təbii ki, məhz bu amil bizim partiyanın gənclər qurumunu digər təşkilatlardan fərqləndirir. Son illər partiyamızın Gənclər Birliyi fəaliyyətində yeniliklər həyata keçirir, yeni layihələrlə çıxış edir, gənclərlə fəal iş aparır. Düşünürəm ki, siz gənclərin hər biri bunu özünüzdə rəhbər tutaraq 9 oktyabrda müəyyən olunmuş seçki məntəqələrinə gələrək cənab Prezidentimizə səs verməlisiniz".Daha sonra hakim partiyanın gənclər birliyinin sədr müavini Ramin Məmmədov bildirib ki, hər kəs birmənalı olaraq seçkilərə gəlməli və Azərbaycanın növbəti 5 il üçün də qələbəsini təmin etməlidir: "Seçmək və seçilmək hər bir vətəndaş, dövlətimiz üçün bayramdır".YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı isə deyib ki, artıq bizləri qələbədən 4 gün vaxt ayırır: "İnanıram ki, hər biriniz bu məsuliyyəti dərk edir və qiymətləndirirsiniz".

sia.az

Digər xəbərlər