PDF Oxu

Siyasət

  • 9

Yevgeni Sloboda: Prezidentliyə namizədlərin seçkiqabağı təşviqatına hər cür şərait yaradılmışdır

Yevgeni Sloboda: Prezidentliyə namizədlərin seçkiqabağı təşviqatına hər cür şərait yaradılmışdır

Müstəqil Dövlətlər Birliyinin müşahidə missiyası Azərbaycan hökumətinin dəvəti ilə sentyabrın 10-dan prezident seçkilərinin monitorinqinə başlamışdır. MDB monitorinq missiyası hazırda təşviqat kampaniyasını izləyir. Bu sözləri Azərbaycanda prezident seçkilərinin monitorinqi üzrə MDB monitorinq missiyasının qərargah rəisi Yevgeni Sloboda demişdir.

Qərargah rəisi bildirmişdir ki, seçkilərə hazırlıq təqvim planı üzrə öz qaydasında, sakit keçirilir. Prezidentliyə namizədlərin hamısı üçün televiziya və radioda pulsuz efir vaxtı ayrılmışdır. Teledebatlar keçirilir və hər bir namizəd seçkiqabağı proqramlarını təqdim etmək və məşvərətçi səs hüququna əsasən mərkəzi və dairə seçki komissiyalarına öz nümayəndələrini göndərmək hüququ əldə etmişdir.

MDB monitorinq missiyasının qərargah rəisinin sözlərinə görə, hər bir namizədə Seçki Məcəlləsinə uyğun seçki kampaniyası keçirməsi üçün hər cür şərait yaradılmışdır.

Y.Sloboda qeyd etmişdir ki, MDB missiyası seçki prosesi ilə bağlı müxtəlif şikayət və müraciətlərə baxan səlahiyyətli orqanlarla sıx əlaqə saxlayır. "Daxili işlər naziri Ramil Usubov, baş prokurorunun birinci müavini Rüstəm Usubovla görüşümüz olmuşdur. Görüş zamanı bizə seçki kampaniyasının keçirildiyi müddətdə və seçkilər günü ictimai asayişin təmin edilməsi üçün həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermişlər" – deyə, Y.Sloboda bildirmişdir.

yap.org.az

Digər xəbərlər