"Ölkə başçısının 10 illik fəaliyyətini yüksək qiymətləndirirəm". Bu sözləri Qarabağ müharibəsinin iştirakçısı, türk dünyasının qəhrəman oğlu İbad Hüseynov dövlət başçısının 10 illik fəaliyyəti ilə bağlı danışarkən deyib. O bildirib ki, ölkə başçısının əldə etdiyi uğurlar bizim uğurlarımızdır.Onun sözlərinə görə, Prezident İlham Əliyevin 10 il müddətində gördüyü işləri görməmək mümkün deyil: "Ölkə başçısının gördüyü hər bir iş bizim dinc, rahat yaşamağımız üçündür. Onları görməmək üçün, gərək kor olasan! Görülən işlər göz qabağındadır, onu qiymətləndirməmək də haqsızlıq olar. Prezident İlham Əliyevin bu illər ərzində gördüyü işlər o qədərdir ki, günlərlə danışsaq bitməz. Yalnız onu deyə bilərəm ki, ölkəmizin bugünkü inkişafı məhz onun uğurlu siyasətinin nəticəsidir. Prezident İlham Əliyev həqiqətən də dövlət başçısı olmağa layiqli insandır".Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərə toxunan İ. Hüseynov bildirib ki, dövlət başçısının bu istiqamətdə apardığı işlər hər kəsə məlumdur: "Yalnız onu deyə bilərəm ki, münaqişənin həlli təkcə Azərbaycandan asılı deyil. Biz əminik ki, tezliklə bu problem də öz həllini tapacaq, qaçqın və məcburi köçkünlər öz yurdlarına qayıdacaqlar. Əgər lazım olsa, Ali Baş Komandan əmr versə, biz torpaqlarımız uğrunda bir daha döyüşməyə hazırıq. Bu, bizim borcumuzdur".
sia.az