PDF Oxu

Siyasət

  • 25

Eldar İbrahimov: “Sənədlər sözügedən ölkələr arasında əlaqələrin genişləndirilməsinə təkan verir”

Eldar İbrahimov: “Sənədlər sözügedən ölkələr arasında əlaqələrin genişləndirilməsinə təkan verir”

"Azərbaycan Türkiyə, Ukrayna, Belarus arasında imzalanan sənədlər sözügedən ölkələr arasında iqtisadi-siyasi əlaqələrin daha da genişləndirilməsinə təkan verir". Bu sözləri SİA-ya millət vəkili Eldar İbrahimov Azərbaycanın sözügedən ölkələr arasındadakı münasibətlərindən danışarkən deyib.Ölkələr arasında münasibətlərimizi ayrı-ayrı şərh edən millət vəkilinin sözlərinə görə, Türkiyə bizim üçün qardaş ölkədir: "Ölkə başçısının prezident seçkilərindən sonra ilk olaraq Türkiyəyə rəsmi səfərə getməsi bir daha bunu təsdiqlədi. Türkiyə Azərbaycanın birinci müttəfiqidir. İki ölkə arasında yüksələn xəttlə inkişaf edən münasibətlər bundan sonra da davam edəcək".Millət vəkili bildirib ki, Türkiyədən sonra ölkə başçısının Ukraynana səfər etməsi onunla Azərbaycan arasında dostluq münasibətlərinin olduğunu bir daha təsdiq etdi: "Bu görüş iki ölkə arasında əməkdaşlığın bundan sonrakı taleyində mühüm əhəmiyyətə malikdir. Ukrayna MDB məkanında Azərbaycanın dostu olan ölkələrdən biridir. Bu səfər münasibətlərin daha da dərinləşməsinə, sıx əməkdaşlıq məsələlərində öz müsbət nəticələrini verəcək".Belarus prezidentinin ölkəmizə səfərinə gəlincə isə millət vəkili vurğulayıb ki, Belarus prezidentinin ölkəmizə gələrək səfirliyin açılışında şəxsən iştirak etməsi onun ölkəmizə xüsusi qiymət verdiyini, dərin hörmət bəslədiyini göstərdi.

sia.az

Digər xəbərlər