"Mən düşünmürəm ki, Dağlıq Qarabağ münaqişəsi həmsədrlərin Moskva görüşü zamanı öz həllini tapa bilər". Bu sözləri SİA-ya açılqmasında millət vəkili Asim Mollazadə ABŞ-ın ATƏT-dəki həmsədri Ceyms Uorlikin həmsədrlərin Moskva görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişin olacağı ilə bağlı verdiyi bəyanata münasibət bildirərkən deyib.Onun sözlərinə görə, hazırda Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir addım atmaq iqtidarında deyil: "Ona görə də, cənab Uorlikin bəyanatını çox nikbin hesab edirəm".Qeyd edək ki, Uorlik bu günlərdə bəyan etmişdi ki, Rusiya hazırkı vəziyyətdə siyasətini Krım hadisələri ilə məşğul etdiyi üçün, Dağlıq Qarabağ münaqişəsinin həllinə vaxt ayıra bilməyəcək və ATƏT problemin həllində irəliləyişə nail olacaq.
sia.az