PDF Oxu

Siyasət

  • 17

Araz Əlizadə: “Onlar qurultay adı altında adaxlıbazlıqla məşğuldurlar”

Araz Əlizadə: “Onlar qurultay adı altında adaxlıbazlıqla məşğuldurlar”

"Müsavatda baş verən hadisələr gözləniləndir, gec-tez orada çox biabırçı hadisələr olacaq. İndi də qurultay şousu düzəldib, özlərini gülünc vəziyyətə qoyurlar. Bu adamlar başa düşmək istəmirlər ki, artıq nəinki qurultay oyunu ilə, hətta başqa bir ad altında da milləti aldada bilməzlər". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə bildirib.Müsavat Partiyasında qurultay keçirilməsi ilə bağlı yaranan söz-söhbətlərlə bağlı fikir bildirən partiya sədri qeyd edib ki, Müsavatda proseslər bundan sonra daha ziddiyyətli hal alacaq: "Onlar qurultay keçirmək bəhanəsi ilə adaxlıbazlıqla məşğuldurlar. Qurultay keçirmək üçün qarşısında konkret məqsəd qoyan partiya rəhbəri bunu çoxdan edərdi, illərlə oyun oynamazdı. Əslində Müsavat partiyalar haqqında qanunlara, eləcə də öz daxili nizamnaməsinə hörmət qoymur. Müsavat dünyada yeganə partiyadır ki, hakimiyyətə iddialı olduğu dövr ərzində bir uğur belə əldə etməyib, bütün addımları rüsvayçılıqla müşahidə olunub. Dünyada elə bir partiya rəhbəri və partiya yoxdur ki, iyirmi ildən çox hər gün təpədən dırnağa qədər rüsvay olsun, hər dəfə məğlub olsun, amma yenə də öz çirkin məqsədlərindən əl çəkməsin. Bax, Müsavat belə partiyadır"

sia.az

Digər xəbərlər