PDF Oxu

Siyasət

  • 35

Elçin Mirzəbəyli: "Bu, radikal müxalifətin əxlaqının göstəricisidir"

Elçin Mirzəbəyli: "Bu, radikal müxalifətin əxlaqının göstəricisidir"

"Radikal müxalifət müxtəlif media qurumlarda, sosial şəbəkələrdə dövlət məmurlarının, rəsmi şəxslərin, tanınmış simaların əleyhinə şər və böhtan dolu materiallar yaymaqla, qısqanclıqdan yaranan kollajlar hazırlamaqla əslində özlərini gülünc vəziyyətə qoyurlar. Çünki bu, onların iç üzünü bir daha açmış olur. Ancaq bununla belə, internet mediasına nəzarət mexanizmləri üzərində ciddi düşünüb iş aparmağın vaxtıdır". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirib.Müxalifət mediasında dövlətçilik əleyhinə, eləcə də dövlət məmurları haqqında şantaj, hədyan və provokasiya dolu materiallar yayımlanmasına münasibət bildirən E.Mirzəbəyli qeyd edib ki, müxalifət qəzetlərində və onların nəzarətində olan digər media qurumlarında yalan və böhtan dolu məlumatların yayılması, təhqiredici videoroliklərin hazırlanması hər şeydən öncə, müxalifətin mahiyyətinin, əxlaqının göstəricisidir. Çaburda batan müxalifət Azərbaycan siyasətinə ancaq yalan gətirib. Bu ağrılı yerimizdir, onların qara piarının, şantajlarının qarşısı alınmalıdır. Hesab edirəm ki, bu yöndə hüquqi, qanuni addımlar atılmalıdır və ictimai qınaq olmalıdır. Çünki xalq onları gözəl tanıyır. Artıq internet medianın üzərində ciddi düşünmək lazımdır ki. yalan, böhtan, şantaj və qara piarın qarşısı alınsın".

sia.az

Digər xəbərlər