"Beynəlxalq təşkilatların əksəriyyətində Azərbaycanı sevməyən ermənipərəst qüvvələr əyləşib". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli Leyla Yunusun beynəlxalq təşkilatlar tərəfindən müdafiə edilməsinə münasibət bildirərkən deyib.Partiya sədrinin sözlərinə görə, beynəlxalq təşkilatlar öz səylərini birləşdirərək ölkəmizdə qarışıqlıq yaratmaq, stabilliyi pozmaq, Azərbaycanın beynəlxalq imicini zəiflətmək və siyasi zərbələr vurmaq istəyirlər: "Bu şəxslər həmin addımlarını Azərbaycandakı müxalifətyönlü QHT-lər vasitəsilə həyata keçirməyə çalışırlar. Beynəlxalq təşkilatlar öz fəliyyətləri üçün hətta yüz minlərlə, milyonlarla vəsaitlər ayırırlar. Təbii ki, bu birbaşa olaraq Azərbaycanın nüfuzuna, imicinə zərbə vurmağa hesablanıb.Bu gün Prezident İlham Əliyev Azərbaycan xalqının iradəsi sayəsində seçilmiş, ölkəmizin milli maraqlarına uyğun şəkildə siyasət aparan bir şəxsdir. Hətta dünyanın özündə belə bu kimi prezidentlər az sayda olur. Təbii ki, bu da bir çoxlarında qıcıq yaradır".
sia.az