"Kəlbəcərə öz ata-baba yurdlarını ziyarətə gedən azərbaycanlılar, Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı tətbiq edilən saxta məhkəmə prosesi heç bir beynəlxalq hüquq normalarına, qanunlara uyğun gəlmir". Bunu SİA-ya İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov deyib.E. Behbudov deyib ki, Qarabağ torpağı Azərbaycanındır və onlar da öz torpaqlarını ziyarətə gediblər: "Azərbaycan Qarabağ torpaqlarını ermənilərə hədiyyə verməyib, onlar işğal ediblər. Ona görə də separatçı ermənilər tərəfindən azərbaycanlılara saxta məhkəmə qurmaq qanuna ziddir".Hüquq müdafiəçisi bildirib ki, girov götürülən azərbaycanlıların maskalı şəkildə məhkəmə zalına gətirilmələri ermənilərin bundan şou yaratma cəhdləridir: "Beynəlxalq ictimaiyyət bu saxta məhkəməni qəbul etməyəcək. Çünki, azərbaycanlılar öz torpaqlarındadırlar. Kəlbəcər heç vaxt erməni torpağı olmayıb, olmayacaq. Sadəcə separatçı ermənilər bundan şou yaradırlar".
sia.az