Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş rayon ağsaqqalları ilə olub. SİA-nın verdiyi məlumata görə, görüşdə YAP Sabunçu rayon təşkilatının, eyni zamanda Seçki Qərargahının sədri Mehriban Abasquliyeva qarşıdan gələn bələdiyyə seçkisindən danışıb və bələdiyyə seçkilərinin idarəetmədə mühüm rol oynadığını, bələdiyyələrin Avropa ölkələrinin idarəetmə sistemində geniş təcrübəyə və böyük nüfuza malik olduğunu qeyd edib.
Həmçinin Yeni Azərbaycan Partiyasının cəmiyyət daxilindəki yüksək nüfuzundan və geniş beynəlxalq əlaqələrindən bəhs edərək qeyd edərək bildirib ki, YAP bu gün Prezident İlham Əliyevin Sədrliyi ilə inkişaf yolunda irəliləyir: "Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətinin müstəqilliyinin qorunub saxlanılmasında və dövlətçiliyimizin inkişaf etdirilməsində müstəsna xidmətləri olan bir siyasi təşkilatdır. Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılmış və Prezident İlham Əliyevin Sədrliyi ilə uğurla fəaliyyət göstərən, Azərbaycanımızın tərəqqisi naminə fədakarlıq nümayiş etdirən YAP nəinki regionda, hətta dünyada sayılıb-seçilən siyasi təşkilatlardan birinə çevrilib".
Görüşdə YAP Sabunçu rayon təşkilatın sədr müavini, Seçki Qəragahının üzvü Məhərrəm Mehrəliyev YAP-ın qarşıdan gələn bələdiyyə seçkilərində gənclər və qadınlara üstünlük verdiyini vurğulayaraq diqqətə çatdırıb ki, müasir seçki texnologiyalarından səmərəli istifadə olunması, təbliğat-təşviqat kampaniyasının olduqca səmərəli həyata keçirilməsi partiyamızın üstün qələbə qazanması baxımından mühüm əhəmiyyət kəsb edir.
Rayon Ağsaqqallar Şurasının sədri İbrahimov Həsən isə çıxışında qeyd edib ki, seçicilər qarşıdan gələn bələdiyyə seçkilərinə böyük ruh yüksəkliyi ilə gedirlər. Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində vətəndaşlar gələcəyə nikbin baxırlar. Ona görə də, YAP bu seçkilərdə də qələbə qazanacaq.
sia.az