PDF Oxu

Siyasət

  • 9

Partiya sədri: “Bu artıq qərəzin və iftiranın ən yüksək pilləsidir”

Partiya sədri: “Bu artıq qərəzin və iftiranın ən yüksək pilləsidir”

"Vaşinqtonun Makkeyn institunun baş direktoru, "Freedom House"un sabiq prezidenti Devid Kramerin Azərbaycanda keçiriləcək Avropa Yay Oyunlarının boykot edilməsi ilə bağlı irəli sürdüyü təşəbbüs ölkəmizə qarşı təzyiq və təhdidlərin ən qabarıq ifadəsidir". Bunu SİA-ya Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı deyib.F.Ağamalı bildirib ki, onun təşəbbüsü birbaşa düşmənçilik fikirlərinin ifadəsidir: "Azərbaycan nə edib ki, ona qarşı sanksiyalar tətbiq edilsin? Azərbaycanda öz vətəndaşlarına, dünya birliyinə qarşı hansı sistemli, ardıcıl və böyük fəlakətlərə səbəb olacaq addımlar atılır ki, sanksiyaların tətbiqi vacib olsun? Bu, artıq qərəzin və iftiranın ən yüksək pilləsidir. Əgər onlarda zərrə qədər ədalət hissi varsa, buyursunlar Ermənistanın işğalçılıq siyasətinə qarşı fikirlərini səsləndirsinlər, işğalçı dövlətə qarşı sanksiyaların tətbiqinə çağırışlar etsinlər. O zaman onların mövqeyini ədalətli hesab etmək olardı. Bunların heç biri yoxdur".F.Ağamalı bildirib ki, onlar öz ölkələrində, hətta işğalçı Ermənistanda baş verən anti-demokratik proseslərə göz yumurlar: "Azərbaycana qarşı bütün fəaliyyətlərini xüsusi sifarişlə həyata keçirirlər. Ona görə də belə bəyanatlar Azərbaycanda yetərincə immunitet yaradıb. Çünki, bir dəfə belə beynəlxalq təşkilatlar Azərbaycanın əldə etdiyi uğurlar barədə fikir ifadə etməyiblər. Ona görə də hesab edirəm ki, belə fikirlərin Azərbaycanın ictimai-siyasi fikrinə hər hansı bir təsiri yoxdur. Əksinə onların söylədiyi bu fikirlər Azərbaycan cəmiyyətində ikrahla qəbul edilir".

sia.az

Digər xəbərlər