"Ermənistanın iqtisadiyyat nazirinin Dağlıq Qarabağ münaqişəsi qaldıqca, Qafqazda rəsmi İrəvanın inkişafına və müstəqilliyinin qorunub saxlanmasına şübhələr yarana bilər bəyanatı artıq reallığı bir daha sübut etdi". Bunu SİA-ya İslam Konfransı Gənclər Forumunun (İKGF) Avrasiya üzrə regional mərkəzinin direktor müavini, politoloq Alpay Əhmədov deyib.Politoloqun sözlərinə görə, Ermənistanın iqtisadiyyat nazirinin ölkədəki reallıqlardan bəhs etməsi buradakı acınacaqlı vəziyyətdən xəbər verir: "Adətən dünya praktikasında belə bir tendensiya var ki, işğalçı ölkələr hər zaman öz qüsurlarını gizlətməyə çalışır. Bu gün həqiqətən də Ermənistan olduğundan çox acınacaqlı vəziyyətdədir. Unutmaq lazım deyil ki, işğalçı ölkə Avrasiya İttifaqında daxil olmaqla öz suverenliyindən imtina etmiş olur. Ola bilsin ki, Ermənistanın iqtisadiyyat naziri bunu da nəzərdə tutub. Heç şübhəsiz ki, dünyada neftin qiymətinin aşağı düşməsi Rusiyanın iqtisadiyyatına da mənfi təsir göstərib. Beləcə, rəsmi Moskva Ermənistana iqtisadi yardımını da azaltmış olur".
sia.az