PDF Oxu

Siyasət

  • 7

Ramiz Mehdiyev və Nikolay Patruşev müzakirələr aparıblar

Ramiz Mehdiyev və Nikolay Patruşev müzakirələr aparıblar

Rusiya Təhlükəsizlik Şurası bu qurumun katibi Nikolay Patruşev və Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev arasındakı görüşlə bağlı məlumat yayıb. SİA-nın RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, açıqlamada bildirilir ki, görüşdə Xəzəryanı ölkələrin əməkdaşlığının möhkəmləndirilməsi məsələləri müzakirə olunub: "Həmsöhbətlər Rusiya və Azərbaycanın milli və regional təhlükəsizliyinin təmin olunması məsələlərində iki dövlətin təhlükəsizlik şuraları aparatları arasında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsini, eləcə də Xəzəryanı ölkələrin qarşılıqlı faydalı əməkdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər".

Qeyd edək ki, N. Patruşev Bakıya səfəri zamanı prezident İlham Əliyevlə görüşüb.

sia.az

Digər xəbərlər