"Ümumiyyətlə Ermənistanda hakimiyyət dəyişikliyi gündəlikdə deyil. Amma mahiyyətcə Sarkisyan bu ölkəni saxlamaq iqtidarında deyil". Bunu SİA-ya millət vəkili Rasim Musabəyov Ermənistan prezidenti Serj Sarkisyanın etirazçıları hədələməsinə münasibət bildirərkən deyib.Deputatın sözlərinə görə, Rusiya dövləti Ermənistanın bütün eyiblərini ört-basdır edir: "Hətta rəsmi Moskva işğalçı ölkənin ordusuna maliyyə yardımı etdi və s. Ancaq hər şeyin sonu var. Vaxtilə Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan demişdi ki, "Azərbaycanla münaqişəni kompromis yolu ilə həll etmədən Ermənistanın gələcəyi yoxdur". Ona görə də hesab edirəm ki, bunlar ya ağıla gəlməlidirlər, ya da ki yaxın zamanda böhran yenidən təkrarlanacaq. Ermənistan Rusiyanın "tula"sı olduğu üçün ona maliyyə yardımı göstərir. Ümumiyyətlə rəsmi Moskva çox əliaçıqlıq etmək iqtidarında da deyil".
sia.az