Serbiyanın Rusiyadakı səfiri Slavenko Terziç "Vestnik Kavkaza" xəbər saytına müsahibəsində ölkəsinin beynəlxalq əlaqələri, enerji layihələri, eləcə də Cənubi Qafqaz dövlətləri ilə münasibətlərində də toxunub.
S.Terziç deyib: "Biz Cənubi Qafqaz ölkələri, xüsusilə Azərbaycanla dostluq münasibətlərimizi daha da genişləndirməkdə maraqlıyıq. Bu ölkə ilə yaxşı əlaqələrimiz var. ATƏT-in hazırkı sədri kimi Serbiya Cənubi Qafqazda sabitliyin hökm sürməsində maraqlıdır. Hesab edirəm ki, bu bölgə mədəniyyət və sivilizasiya baxımdan olduqca maraqlı regiondur".
yap.org.az