PDF Oxu

Siyasət

  • 28

Politoloq Hikmət Babaoğlu Ceyms Uorliki rasional düşünməyə DƏVƏT ETDİ

Politoloq Hikmət Babaoğlu Ceyms Uorliki rasional düşünməyə DƏVƏT ETDİ

"Təəssüf ki, uzun illərdir biz ATƏT-in Minsk qrupunun həmsədrlərinin səsləndirdirdikləri fikirləri qeyri-ciddi qəbul etməyə məcbur olmuşuq. Bunun səbəbkarı da elə onların özləridir". Bu fikirləri SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu deyib.Politoloq qeyd edib ki, Ceyms Uorlikin fikirlərinə görə indiki mərhələdə cəbhə xəttində atəşkəsin pozulması ilə bağlı insidentlərin araşdırılması mexanizmi yaradılmalıdır: "Bu, tərəflər arasında etimadın yaranmasına, münasibətlərin normallaşmasına kömək edə bilər. Bu yanaşmaların özü qeyri-ciddilikdən xəbər verməklə yanaşı bu qədər ciddi məsələ ilə əylənmək kimi görünür. Demək ki, Ceyms Uorlikin beynində problemin həll olunması ilə bağlı heç bir fikir yoxdur. O, bu barədə düşünmür sadəcə təmas xəttində insidentlərin araşdırılması mexanizmi qurmaq istiyir və hesab edir ki, bu tərəflər arasında münasibətləri normallaşdırar. Əsla normallaşmaz. Nə qədər ki, problem həll olunmayıb, bu barədə danışmaq düzgün olmaz. Digər bir tərəfdən ümumiyyətlə Dağlıq Qarabağ münaqişəsinin həll olunmasını istəyirlərsə, o zaman Ermənistan qarşısında tələb qoyulmalıdır. İşğalçı qarşısında tələb qoymalıdırlar ki, işğal edilən torpaqlardan çıxsınlar. Əgər bu tələb qoyularsa əlbəttə ki, münasibətlər normallaşa bilər".Hikmət Babaoğlu həmçinin onu da qeyd edib ki, səsləndirilən fikirlərdən sonra qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasından danışmaq sadəcə söz oyunu təəssüratı yaradır: "Dəvət edirəm ki, Ceym Uorlik bu problem haqqında rasional düşünsün və problemin real həlli haqqında fikirləşsin".

sia.az

Digər xəbərlər