PDF Oxu

Siyasət

  • 43

YAP rəsmisi: “Cəmil Həsənli ciddi siyasətçi kimi qəbul olunmur” AÇIQLAMA

YAP rəsmisi: “Cəmil Həsənli ciddi siyasətçi kimi qəbul olunmur” AÇIQLAMA

"Milli Şura"nın sədri Cəmil Həsənlinin "Avropa" turnesinə çıxmasının heç bir mənası və əhəmiyyəti yoxdur". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.YAP İcra katibinin müavininin sözlərinə görə, Cəmil Həsənli hansı turneyə başlayır-başlasın mənasızdır: "Bu şəxs nə dünyada, Avropada, nə də Azərbaycanda ciddi bir siyasətçi kimi qəbul olunmur".Qeyd edək ki, "Milli Şura"dakı mənbələrdən SİA-ya daxil olan məlumata əsasən, qurumun sədri Cəmil Həsənli noyabrın sonlarında ABŞ-a 20 günlük səfərə gedəcək. Onun Vaşınqtonda Vilson Mərkəzi tərəfindən təşkil edilən Qlobal Avropa Proqramında iştirak edəcəyi bildirilir. Qeyd edilir ki, bütün səfər xərcləri təşkilatçılar tərəfindən ödənilsə də, C.Həsənliyə əlavə olaraq 10 min dollar vəsait nəqd şəkildə Vaşinqtonda veriləcək. Həsənli yaxın ətrafına bu vəsaitin fəaliyyətinə görə ayrılan maaş olduğunu deyib.

sia.az

Digər xəbərlər