PDF Oxu

Siyasət

  • 22

Ekspert: “Ölkəmizdə mövcud olan multikultural dəyərlər dünyaya nümunədir” AÇIQLAMA

Ekspert: “Ölkəmizdə mövcud olan multikultural dəyərlər dünyaya nümunədir” AÇIQLAMA

"Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycanda heç vaxt dini və etnik zəmində qarşıdurma baş verməyib, millətlərarası ziddiyyət yaşanmayıb". Bu fikirləri SİA-ya açıqlamasında siyasi ekspert Cəbrail Fərzəliyev deyib.O bildirib ki, ölkə başçısı "Azərbaycan Respublikasının regionlarının 2014-2018 illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda bir sıra mühüm fikirlər səsləndirdi: "Cənab Prezidentin iclas çərçivəsində ölkədə ictimai-siyasi sabitliyin qorunması ilə bağlı səsləndirdiyi fikirlər xüsusi qeyd edilməlidir. Ölkəmizdə mövcud olan multikultural dəyərlər dünyaya nümunədir. Azərbaycanda mövcud olan dini tolerantlıq nümunəvi formadadır. Azərbaycan çoxmillətli dövlətdir. Biz daxili sabitliyimizi qoruyub saxlamalı, inkişaf etdirməliyik. Cənab Prezidentin iclas çərçivəsində söylədiyi fikirlərin ictimai və siyasi əsasları var. Biz ictimai-siyasi sabitliyimizi qoruyub saxlamaqla həm ölkəmizi, həm də iqtisadiyyatımızı inkişaf etdiririk. Cənab Prezident həmçinin iclas zamanı ölkə iqtisadiyyatının inkişafı, idxalın azaldılması ilə bağlı mühüm fikirlər səsləndirdi".Qeyd etmək istəyirəm ki, Azərbaycan dünyaya özünü artıq təkcə neft deyil, qeyri-neft ölkəsi kimi tanıdır: "Hesab edirəm ki, Azərbaycanda idxaldan asılılığı azaltmaq üçün kənd təssərrüfatını, heyvandarlığı, quşçuluğu və digər sahələri daha da inkişaf etdirmək lazımdır. Təbii ki, bu prosesi bütün regionlarda həyata keçirmək lazımdır. Taxılçılıq, bitkiçilik, pambıqçılıq, arıçılıq, üzümçülük inkişaf etdirilməlidir. Azərbaycanın münbit iqlim şəraiti qeyd etdiyim məhsul sahələrini becərməyə imkan verir. Ölkə başçısı həmçinin qeyd etdi ki, bizim üçün hər şeydən öndə Azərbaycan vətəndaşının maraqları dayanır. Fikrimcə, bu bir daha sübut edir ki, dövlət siyasətinin əsasını məhz Azərbaycan vətəndaşlarının maraqları təşkil edir. Dövlət tərəfindən atılan bütün addımlar Azərbaycanın inkişafına xidmət edir".Bu gün Azərbaycan regionun ən inkişaf etmiş ölkəsidir: "Azərbaycanın iqtisadi gücü imkan verir ki, ölkəmiz siyasi sahədə də sözünü desin. Əbəs yerə deyil ki, Ulu Öndər Heydər Əliyev deyib ki, ‘’İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir’’. Bu gün Ulu Öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən Cənab Prezident İlham Əliyev məhz iqtisadi siyasət sahəsini prioritet götürməklə dünyaya sosial dövlət modelini nümayiş etdirir. Ölkə başçısının konfrans zamanı qeyd etdiyi kimi, qlobal böhranın dünyanı öz ağuşuna aldığı bir məqamda Azərbaycan dinamik inkişaf yolunda uğurla addımlayır. Bir müddət öncə cənab prezidentin dünyanın ən mötəbər iqtisadi forumlarından olan Davos forumunda iştirakı Azərbaycanın beynəlxalq arenada tutduğu mövqe, uğurlu yoldan xəbər verir. Cənab Prezidentin forum çərçivəsində söylədiyi dəyərli fikirlər, hadisələrə praqmatik yanaşma dünya iqtisadi münasibətlərinin proqnozlaşdırılmasında mühüm əhəmiyyətə malikdir".Hesab edirəm ki, Cənab Prezidentin forum çərçivəsində söylədiyi fikirlər, irəli sürdüyü tezislər bizə onu demeyə əsas verir ki, Azərbaycan uğurlu inkişaf yolundadır və güclü siyasi iradə, prinsipial mövqe sərgiləməklə həyata keçirilən siyasət modeli Azərbaycana nəinki regionun, hətta dünyanın qlobal güclərindən birinə çevrilməyə imkan yaradır.

sia.az

Digər xəbərlər