PDF Oxu

Siyasət

  • 34

Siyavuş Novruzov: “Əli Kərimli “Milli Şura”nın tərkibində özünə yer tutmağa çalışır” AÇIQLAMA

Siyavuş Novruzov: “Əli Kərimli “Milli Şura”nın tərkibində özünə yer tutmağa çalışır” AÇIQLAMA

"Ümumiyyətlə, "Milli Şura"da digər partiyalar təmsil olunmur. "Milli Şura" adı altında sadəcə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəaliyyət göstərir. Bu partiyanın özündə isə heç kəs qalmayıb, demək olar ki, insanlar hamısı oradan uzaqlaşıb. Beləcə, qurum iki yerə parçalanıb". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.Onun sözlərinə görə, artıq bu gün və yaxud sabah AXCP adı altında partiya olmayacaq: "Əli Kərimli sadəcə istəyir ki, "Milli Şura"nın tərkibində özünə yer tutsun. Şuranın özündə də 3-5 nəfər insandan başqa heç kim qalmayıb. Artıq "Milli Şura"nın özü belə bir təşkilatdır. O baxımdan da Əli Kərimli özü üçün bir ehtiyat yer hazırlayır ki, gələcəkdə ondan istifadə etsin. Bütün partiyalar "Milli Şura"nın fəaliyyətsizliyini, qeyri-səmimi mövqe tutmasını, real heç nə olmadığını gördükdən sonra oradan uzaqlaşdılar".

sia.az

Digər xəbərlər