"20 ildən artıqdır ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir iş görməyib. Bundan sonra da onlardan hansısa uğurlu nəticə gözləmirəm". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.Onun sözlərinə görə, ya həmsədrlər qısa zamanda ortaya uğurlu iş prinsipi qoymalıdır, ya da Azərbaycan dövləti onların fəaliyyətindən imtina etməlidir: "Həmsədrlər indiyədək Azərbaycana faktiki olaraq imkan verməyiblər ki, ölkəmiz öz ərazi bütövlüyün bərpa etsin. İndi də onların regiona səfəri planlaşdırılır. Axı bununla nə dəyişəcək? Rəsmi Bakı sadəcə olaraq həmsədrlərə vaxt müəyyən etməlidir ki, qısa zamanda atəşkəs imzalanandan torpaqlarımız geriyə qayıtsın.Heç kimə sir deyil ki, Minsk qrupunun həmsədrləri yenə işğalçı ölkə ilə əlbir olub vaxt qazanmağa çalışacaqlar. Beləcə düşmən və onların havadarları güc, qüvvə toplayaraq Azərbaycana heç də xoş olmayan vəziyyət yaşadacaqlar. Azərbaycan yaxın bir həftə, 10 gün əzində danışıqlar prosesində Ermənistanın konstruktiv mövqeyini görməsə ölkəmiz həmsədrlərdən imtina etməlidir".
sia.az