PDF Oxu

Siyasət

  • 44

PA rəsmisi: "Sarkisyan özü Moskvaya yalvarıb"

PA rəsmisi: "Sarkisyan özü Moskvaya yalvarıb"

"Serj Sarkisyan düşünür ki, nə desə inanacaqlar. Yalan danışmağa vərdiş edən Ermənistan prezidenti Astanada Avrasiya İttifaqı ölkələrinin sammit ətrafında müzakirələr aparmaq əvəzinə Azərbaycanın döyüş əməliyyatını dayandırmaq üçün Moskvaya müraciət etməsi ilə bağlı bəyanat verir. Onun yalan danışması göstərir ki, Serj Sarkisyan xalqı qarışsında heç bir məsuliyyət daşımır". SİA-nın xəbərinə görə, bunu Prezident Administrasyiası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ermənistan prezidenti Serj Sarkisyanın Astanada verdiyi bəyanatla bağlı jurnalistlərə açıqlamasında deyib.N. Məmmədov bildirib ki, aprel hadisələri zamanı S. Sarkisyan özü Moskvaya müraciət edərək yalvarıb, Rusiya müdafiə naziri və Baş Qərargah rəisi ilə əlaqə saxlayıb: "Serj Sarkisyan bütün bunları unudub, belə bir bəyanat verir. Sarkisyan öz məsuliyyətini, indiyə qədər törətdiyi cinayətləri bilir. İşğal faktını, törətdiyi cinayətlərin məsuliyyətini öz üzərinə götürdüyü üçün düşünür ki, müharibə ola bilər. Amma prezident gərək xalqının, ölkəsinin taleyini düşünsün. Serj Sarkisyan hər şeyi özünün maraqları üçün qurban verir, özü ilə bağlı status-kvonu saxlamağa çalışır. Yalan, böhtan uydurmaqdan sanki ləzzət alır. Eyni zamanda "Bloomberg" dərgisinə müsahibəsində olduğu kimi, hərdən müharibənin başlayacağını düşünür. O bilməlidir ki, Azərbaycanın işğal altındakı əraziləri azad olunmalıdır. Biz istəyirik ki, o torpaqlar danışıqlar yolu ilə azad olunsun. Əks halda, Serj Sarkisyanın dediyi yolla da olsa, torpaqlarımızı azad edəcəyik".

sia.az

Digər xəbərlər