PDF Oxu

Siyasət

  • 12

"İdarəetmə elmi və mühəndislik idarəetməsi" mövzusunda X Beynəlxalq Konfrans keçirilir

"İdarəetmə elmi və mühəndislik idarəetməsi" mövzusunda X Beynəlxalq Konfrans keçirilir

Dünən "İdarəetmə elmi və mühəndislik idarəetməsi" ("ICMSEM 2016") mövzusunda X Beynəlxalq Konfransın açılışı olub.

Tədbir Elm və Mühəndislik İdarəetməsi Beynəlxalq Cəmiyyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və Çinin Siçuan Universiteti tərəfindən təşkil olunub.

Azərbaycan, Çin, ABŞ, Rusiya, Yaponiya və dünyanın digər ölkələrindən alim və mütəxəssislərin iştirak etdikləri konfransın açılışında təhsil naziri Mikayıl Cabbarov çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin elmin, təhsilin inkişafına daim böyük önəm verdiyini, Ulu Öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.

Konfransda çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurlu nəticələrindən danışıb, ölkəmizdə qazanılan nailiyyətləri diqqətə çatdırıb. Müasir dünyada elmin, təhsilin mühüm rolundan, bu sahədə əldə olunan yüksək nailiyyətlərdən bəhs edən AMEA-nın prezidenti ölkəmizdə bu sahələrə xüsusi diqqət və qayğı göstərildiyini bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verib, təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərdən danışıb. Rektor universitet menecmenti, onun fəaliyyəti ilə bağlı fikirlərini diqqətə çatdırıb.

AMEA-nın müxbir üzvü Asəf Hacıyev, Elm və Mühəndislik İdarəetməsi Beynəlxalq Cəmiyyətinin prezidenti Jiuping Xu beynəlxalq konfransın elmə, təhsilə töhfə verəcəyinə əminliklərini bildiriblər.

Sonra mövzu ilə bağlı məruzələr dinlənilib, müzakirələr aparılıb.

Beynəlxalq konfrans sentyabrın 1-də başa çatacaq.

NƏZAKƏT

Digər xəbərlər