PDF Oxu

Siyasət

  • 201

Sarkisyan hakimiyyətdə son günlərini yaşayır

Sarkisyan hakimiyyətdə son günlərini yaşayır

Elçin Mirzəbəyli: "Ermənistan qısa müddətdən sonra bir dövlət kimi mövcud olmaya bilər"

Məlum olduğu kimi, Ermənistanda ağır daxili böhranlı vəziyyəti getdikcə daha gərgin xarakter almaqdadır. Sarkisyan isə ictimai narazılıqları cəbhəyə yönəltmək üçün, ardıcıl olaraq, təxribatların törədilməsinə rəvac verir. Hətta bununla kifayətlənməyib, müharibənin başlanacağı təqdirdə, "İsgəndər" raketlərindən istifadə edəcəkləri kimi başından böyük, həyasız açıqlamalarla çıxış edir. Politoloq Elçin Mirzəbəyli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, Ermənistanda etiraz aksiyaları kifayət qədər ciddi şəkil almaqdadır ki, bu da Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnə bilər: "Təbii ki, bu etirazlar üçün də səbəb var. Çünki Sarkisyan rejimi bu günə qədər Ermənistan cəmiyyətinə verdiyi vədlərin heç birini yerinə yetirməyib. Demək olar ki, Ermənistan tamamilə iflasa uğrayıb və faktiki olaraq, bu gün erməni cəmiyyətinin aparıcı şəxsləri də etiraf edirlər ki, Ermənistan qısa müddətdən sonra bir dövlət kimi mövcud olmaya bilər. Yəni ağır iqtisadi durum, ölkəni tərk edən insanların sayının kifayət qədər çox olması və bu kimi məsələlər, bütövlükdə Ermənistanın məhv olmağa çox yaxın olduğunu göstərir. Ötən il aprelin 2-də Azərbaycan Silahlı Qüvvələrinin erməni təxribatına verdiyi cavabı da əlavə etsək, Ermənistandakı durumun hansı vəziyyətdə olduğunu açıq şəkildə görmək olar". Politoloqun sözlərinə görə, indiki şəraitdə Sarkisyan ritorik hərbi bəyanatlar verməklə, diqqəti ölkə daxilindəki ağır proseslərdən yayındırmağa çalışıb: "Sarkisyan ənənəvi qaydada yenə də Dağlıq Qarabağ məsələsi üzərində öz mövqelərinin möhkəmləndirilməsinə və saxta vətənpərvərlik ritorikasını artırmağa cəhd göstərir. Sarkisyanın son açıqlamaların da və Ermənistanın hakim komandasının hərbi cinayətkar xuntanın timsalında sərgilənən mövqeyi də, məhz ölkə daxili proseslərlə əlaqəlidir".

"Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün masa arxasına oturmaqdan imtina edir. Məsələyə beynəlxalq güclərin susqunluq nümayiş etdirməsi nədən xəbər verir" sualına cavab olaraq, E.Mirzəbəyli bildirdi ki, indiki şəraitdə ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfər ediblər və Ermənistanda görüş keçiriblər: "Həmsədrlər prezidentlərin görüşünün baş tutmasına cəhd göstərirlər. Şübhəsiz ki, bu proses Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra olacaq. Dağlıq Qarabağ münaqişəsinin həll ilə bağlı Ermənistanın danışıqlar masasından qaçmasının əsas səbəblərindən biri də seçki prosesi ilə bağlıdır. Sarkisyan məhz Dağlıq Qarabağ kartı üzərindən indiki şəraitdə hakim komandanın mövqelərini möhkəmlətməyə və hakimiyyətini qoruyub- saxlamağa çalışır. Əslində, Dağlıq Qarabağ məsələsi Sarkisyan rejiminin hakimiyyətdə qalması üçün yeganə amildir. Çünki cəmiyyətə təqdim etməyə alternativləri yoxdur. Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı danışıqlar prosesinə getdikdə isə, hər zaman olduğu kimi, yenidən arqumentsizləşirlər. Azərbaycanın irəli sürdüyü ciddi tələblər və ciddi arqumentlər qarşısında Sarkisyanın Ermənistan cəmiyyətinə təqdim etməyə heç bir şeyi olmur. Bu baxımdan da, Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən danışıqlar prosesindən yayınmaqla, seçki müddətinə qədər olan dövrü başa vurmaq istəyir. Əslində, seçkiyə qədər olan dövrdə danışıqlardan yayınma da, məhz buna xidmət edir".

GÜLYANƏ

Digər xəbərlər