PDF Oxu

Siyasət

  • 4 416

Hikmət Babaoğlu: “Prezident öz cavabı ilə həqiqətləri dünyaya çatdırmış oldu" ŞƏRH

Hikmət Babaoğlu: “Prezident öz cavabı ilə həqiqətləri dünyaya çatdırmış oldu" ŞƏRH

“Heç bir peşə etikası, mənəvi, əxlaqi və obyektivlik sərhədi olmayan “Sərhədsiz reportyorlar” adlı böhtan ruporunun noyabr ayında açıqladığı yalanın Davos İqtisadi Forumu kimi ciddi bir platformada xatırladılması nə peşəkarlıq baxımdan, nə də aktuallıq baxımından doğru deyildi. Ancaq eyni zamanda Azərbaycan Prezidentinə belə sualın ünvanlanmasının özü də təsadüfi deyildi. Görünür bir yalanı yenidən təkrarlamaq və ölkəmizə təkrar qara yaxmaq üçün Azərbaycanı sevməyən bəzi mərkəzlərin əlinə fürsət düşmüşdü. Ancaq Prezident İlham Əliyev öz obyektiv və əsaslandırılmış cavabı ilə bu qərəzli sualdan da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması imkanı kimi istifadə etməyi bacardı”. Bu fikirləri SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.Deputat bildirib ki, Prezident İlham Əliyevin də söylədiyi kimi Azərbaycanda bütün fundamental azadlıqlar təmin olunur: “Hər bir kəndə geniş zolaqlı internet xəttinin çəkilməsi ilə bağlı böyük proqram həyata keçirilib. Ümumiyyətlə, ölkəmizə qarşı səslənən fikirlərin siyasi səbəbləri var və bunun reallıqla heç bir əlaqəsi yoxdur. Bu təsnifat olduqca qərəzli yanaşma üzərində qurulub. Hərdən bu yanaşma bədxah olur. Bunlar Qərbdə müəyyən siyasi mərkəzlərin fəaliyyətinin məhsuludur”.Azərbaycanın müstəqil siyasət yürüdən dövlət olduğunu xatırladan H.Babaoğlu bildirib ki, bu siyasət milli maraqlarımıza söykənir: “Biz ölkəmiz üçün çətinlik doğura biləcək heç bir riskli macəraya qoşulmuruq. Qeyd etdiyim kimi, bizim üçün daxili risklər mövcud deyil. Bizdə sabit siyasi və iqtisadi vəziyyət var. Üzləşə biləcəyimiz bütün potensial risklər xaricdən qaynaqlana bilər. Azərbaycanı müəyyən ölkələr əleyhinə kampaniyalara sürükləmək cəhdləri olub. Biz hər zaman bitərəf qalmışıq. Biz heç kəsə qarşı oyun aparmırıq və heç bir riskli və milli maraqlarımıza uyğun olmayan kampaniyanın tərkib hissəsi deyilik. Yəni, hücumların səbəblərindən biri bəzilərinin Azərbaycanı kiçik dövlət üçün artıq dərəcədə müstəqil hesab etməsidir. Azərbaycan Prezidentinin Forumdakı sərrast və dəqiq cavabı ilə hesablaşmamaq mümkün deyil. Daxili auditoriyamız üçünsə bu cavab bizim dünya siyasətini obyektiv dərk etməyimiz üçün bir ipucudur”.

sia.az

Digər xəbərlər