Ermənistan hərc-mərclik və xaos burulğanında

Və yaxud erməni ictimaiyyəti quduzlaşmış Paşinyana "Qarabağ Azərbaycanındır!" çağırışı ilə düz yola gəlməsini tələb edir

Bu gün Ermənistan "dənizsiz ada" durumuna düşüb. Azərbaycan ərazilərinin işğalına son qoymadan düz 30 ildən çoxdur ki, Ermənistan işğalçılıq siyasəti aparmaqla ölkənin uçuruma aparılmasına gətirib çıxırıb. Bunun da səbəbi ölkəyə rəhbərlik edənlərin işğalçılıq siyasəti aparmasıdır. Artıq ermənilər də bu siyasətin onlara hansı bəlalar gətirdiyinin düz 30 ildən çoxdur ki, şahididir. Məhz buna görə də erməni ictimaiyyəti "Qarabağ Azərbaycanındır!" çağırışı ilə Paşinyanı düz yola gəlməsini tələb edir, əks halda onun da sonu Sarkisyan yolu - istefa olacağının bildirirlər.
Gözəl bir deyim var: tarixi həqiqətləri inkar etdikdə, reallıq hissi itirilir. Bu həqiqətən də belədir. Bu gün Ermənistanın küt "demokratı" Nikol Paşinyan əsassız ittihamlarla çıxış etməklə, yalan və əsassız iddialar irəli sürməyə vərdiş etdiyi üçün Rusların ermənilərə, daha doğrusu, Serj Sarkisyanın Ermənistanın dövlət başçısı olduğu zaman ona "it quyruğu "adı bu gün Paşinyana da aid olması ilə barışmalı olmalıdır.
Bu yerdə bir məqamı da xatırlatmaq yerinə düşər: "yalan ayaq tutar, yeriməz". Nikol Paşinyan hansı formada yalan danışsa da, yenə də həqiqət üzə çıxır. Hətta Ermənistan Rusiyanın forpostu olsa belə artıq işğalçı ölkənin iyrənc və çirkin yalanlarından bezərək həqiqəti birbaşa efirdə belə səsləndirilir, politoldoqlar hər şeyi açıq-aydın deyir.

Yaxud Nikol Paşinyan öz yalanının qurbanına çevrilir

Belə bir atalar sözü var" adam özünə etdiyini kimsə ona edə bilməz". Çünki yalan danışan heç vaxt əvvəl dediyi sözü yadında saxlaya bilmir. Ermənistanın baş nazir Nikol Paşinyan da nəinki verdiyi vədlər verməklə yanaşı, heç dediyi sözün mənasını də anlamır. Bu da təəccüb doğurmur. Çünki küçə "demokratı" "siyasətin" nə məna verdiyini belə anlamır və elə özünə layiq də sərsəm bəyanatlar verərək başını cəngələ salmaqla yanaşı oturduğu "kresloya" da "əlvida!" deməyin ömrünü qısaldır.
Bu yerdə N.Paşinyanın hələ deputat olanda Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov bir dəfə parlamentdə çıxışında bəyan etmişdi ki, "satqınlığın əsasında yalan durur. Və bu yalanı dilinə gətirən insan heç kimi yox, özünü aldadır". Bu sözləri özünün faceboook səhifəsində Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov yazıb. Daha sonra isə baş nazirin verdiyi bəyanatların, vədlərin yalan olduğunu bildirib. "Məsələn, Paşinyan deyirdi ki, vendetta olmayacaq - amma var. Paşinyan ümumi birlik vəd edirdi. Lakin cəmiyyəti "ağlara" və "qaralara" böldü. Məhəbbət və razılıq əvəzinə nifrət aşılamağa başladı. Bundan əlavə, pensiyalarla bağlı artım olacağını bildirsə də, indi susmağa üstünlük verir. "Qırmızı xətlərə" qarşı çıxırdı - bu gün isə onlar mövcuddur. Baş nazir videokameralara qarşı çıxırdı - bu gün isə onlar hələ də qalır", - deyə parlamentin keçmiş vitse-spikeri vurğulayıb. Əlavə edib ki, baş nazir dəfələrlə vəd edirdi ki, ölkəyə investisiya axını baş verəcək. Amma hazırda hər hansı real investisiyadan söhbət gedə bilməz. Bütün sahələrdə inkişaf olacağını bildirirdi. Bu vədin də puç olduğu üzə çıxır.
Belə bir atalar sözü var: "keçinin buynuzu qaşınanda, çobanın çomağına sürtər". Belə ki, Nikol fəaliyyətə başladığı ilk gündən başladı Rusiyaya qarşı sərsəm bəyanatldar ünvanlamağa. Rusiya prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikola dəfələrlə xəbərdarlıq ismarışları və mesajları göndərməklə onu bu oyunlardan əl çəkməyi bildirdisə də, Paşinyan yenə də sərsəm bəyanatlar verməkdən çəkinmədi. Elə bu səbəbdən də V.Putin Ermənistan prezidenti Armen Sarkisyana, üstəlik, Ermənistanın eks-prezidentləri - Serj Sərkisyanı və hazırda həbsdə olan Robert Köçəryanı da təbrik etdi. Beləliklə, Paşinyan hakimiyyətinin kritik günləri başladı.

Paşinyan indi də "qaşınmayan yerdən qan çıxarır"

Bütün bu düşünülməmiş addımdan sonra Paşinyanın indi də başlayıb Ermənistanın keçmiş prezidentləri ilə ayrı-ayrılıqda haqq-hesab çürütməyə. "Ermənistanda hakim maydansevərlər və qrantyeyənlər qrupu korrupsiyaya qarşı mübarizə" adı altında respublikanın sabiq rəhbərliyinə qarşı səlib yürüşünü davam etdirməsi həqiqətən də Paşinyanın "qaşınmayan yerdən qan çıxarmasına" bənzəyir. Lakin paşinyançıların qəribə şıltaqlığına görə zərbəyə sırf "Qarabağ klanı"nın nümayəndələri tuş gəlirlər.
Belə ki, məlum olduğu kimi, keçmiş prezident Koçaryan 2008-ci ilin martında seçkiləri tam uduzmuş prezidentliyə namizəd Ter-Petrosyanın (səslərin 21,5 faizini toplayıb) tərəfdarları tərəfindən təşkil edilmiş "Yerevan-maydan"ın zorla qovulmasına görə "konstitusiya quruluşunun devrilməsi" kimi cəfəng bir ittihamla həbs edilib. Müstəntiqlər ona 3 milyon dollar məbləğində rüşvət işini "sırıya" bilməyiblər. Koçaryan Vovayeviçin qərarı ilə istintaq təcridxanasına qayıdıb. İndi də Paşinyan qıllı barmaqlarını Ermənistanın üçüncü prezidenti Serj Sarkisyana doğru uzatmaq qərarına gəlib. Sarkisyan fermerlərə dəstək milli layihəsi çərçivəsində dövlət üçün dizel yanacağının tədarükü tenderi ilə bağlı epizodda təqsirləndirilir.
Tender zamanı yaranmış vəziyyət təkcə Ermənistan üçün deyil, bütün postsovet məkanı üçün çox səciyyəvidir. Hərracda dizel yanacağına ən aşağı qiymətlər təklif etmiş firma yerinə, Sarkisyanın hansısa dostu, dizel yanacağını baha qiymətə itələyən şəxs qalib gəlib. Nəticədə dövlətə bir milyon dollardan çox ziyan dəyib. Şəksiz ki, bu hadisə sabiq prezidentə başucalığı gətirmir, lakin Sarkisyana cinayət işi açılmasını birbaşa Ermənistan Konstitusiyasının maddəsi qadağan edir. Həmin maddəyə görə, dövlətin birinci şəxsləri keçmiş işlərinə görə cəzalandırıla bilməz.
Paşinyanın ətrafındakı ekspertlər donquldanaraq deyirlər: "Nə olsun, bu, boş formalizmdir: biz impiçment haqqında müddəadan istifadə edərək onu cinayət məsuliyyətinə cəlb edəcəyik".
Burada başını tutmayasan, nə edəsən. İndiyədək impiçment yalnız fəaliyyətdə olan prezidentə şamil olunurdu. İstefada olan şəxsə impiçment elan etmək hətta nonsens deyil, sözün həqiqi mənasında marazmdır. Əgər Paşinyan və onun ətrafının Sarkisyanı korrupsiyaya görə cəzalandırmaq üçün əlləri bu dərəcədə güclü gicişirsə, onda konstitusiyaya düzəlişlər edin. Hərçənd bu addım bir növ "arılar bala qarşı" mətləbini xatırladır. Axı, Paşinyan ömrü boyu baş nazir vəzifəsini tutmayacaq, onun özünü də nə vaxtsa elədiyi saysız-hesabsız səhvlərə görə divara qısnayacaqlar. Onda hesab edək ki, bu maraqlı ssenari heç bir işə yaramır. Sonunda Sarkisyan tək deyil ki. Sabiq prezidentin bir vaxtlar ürək genişliyi nümayiş etdirib yardım göstərdiyi tərəfdarları və "xaç övladları" mütləq azadlıqda dolaşırlar. Nə edirsinizsə edin, araşdırın, sübuta yetirin, həbsə atın.

Paşinyanın qanunsuz daosları başına bəla olacaq

Məlum olduğu kimi, Paşinyanın bəzən qanunun tələblərini və nəzakət qaydalarını büsbütün inkar edən daosları var ki, bu da onun başına necə bəlalar açacağını hələ də anlamır. Elə götürək Vovayeviçin may ayında öz tərəfdarlarına respublikanın məhkəmə orqanlarının fəaliyyətini dayandırmaq çağırışını. Axı hakimlər maydan baş nazirinin istəyinə görə özlərini buraxmaq istəmədilər. Qanuna görə isə bu "inqilabçının " və onun ətrafının hakimləri tutduqları vəzifələrindən azad etmək səlahiyyəti yoxdur: odur ki, "qoy onların öhdəsindən xalq özü gəlsin".
Bəs bu kabab sevən qisasçı baş nazir dizel yanacağı ilə bağlı çoxdankı işə görə Serj Sarkisyanı nə üçün küncə sıxışdırıb? Axı qanuna əsasən ona çırtma vurmağa da haqqı yoxdur. Özü də nə üçün məhz indi? Axı sonra keçmiş baş nazir olmuş keçmiş prezident hakimiyyəti faktiki olaraq Paşinyana peşkəş edib. Belə bir hiss yaranır ki, qisasçılıq Paşinyanın bütün səbəb və əməllərinə o dərəcədə sirayət edib ki, o, sosial ədalət və bizdə toxunulmaz adamlar yoxdur harayı ilə çoxdan mətbəx-kommunal xırdaçılığına və şəxsi intiqam hisslərinə yuvarlanıb.
Sarkisyana gəldikdə isə, 2008-ci ilin fevral seçkilərində məhz o, öz opponentlərini, o cümlədən bir vaxtlar Paşinyanın buyruq uşağı kimi yanında işlədiyi Levon-ter-Petrosyanı geridə qoyaraq Ermənistanın üçüncü prezidenti olub. Yəni formal olaraq, Sarkisyanın "Bir mart" işinə də aidiyyəti var və deməli, o, Paşinyanın "konstitusiya quruluğuna sui-qəsd"ə görə həbsxanada oturmasında "günahkardır".
Görünür, Paşinyan yaxın vaxtlara qədər Sarkisyandan hesab sormağa tələsməyib və onu bir növ desert üçün saxlayıb, yəni əvvəlcə daha çox nifrət etdiyi Robert Koçaryanla haqq-hesab çürütmək istəyib.
Hər halda, Paşinyanın baş nazirliyi hələ müddətinin ortasına da çatmayıb, yeni administrasiyasının nəzərəçarpan uğurları da yoxdur, beləliklə, öz reytinqini gücləndirmək üçün namünasib olan və sıfır dəstəyə malik eks-prezidenti nümunəvi-nümayişkaranə tənqid vasitəsi kimi döyərək ehtiyatda saxlamaq heç vaxt əngəl deyil.
Lakin Sarkisyan siçandan da sakit süpürgənin arxasında gizlənmək və keçmiş xatirələri oyatmamaq yerinə, noyabrın sonunda birdən-birə Xorvatiyanın Zaqreb şəhərində keçirilən Avropa Xalq Partiyasının sammitində Paşinyanı və ətrafını sərt tənqidə atəşinə tutaraq özünü zərbə altında qoyub.
Bu yerdə N.Paşinyanın hələ deputat olanda Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov bir dəfə parlamentdə çıxışında bəyan etmişdi ki, "satqınlığın əsasında yalan durur. Və bu yalanı dilinə gətirən insan heç kimi yox, özünü aldadır". Bu sözləri özünün faceboook səhifəsində Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov yazıb. Daha sonra isə baş nazirin verdiyi bəyanatların, vədlərin yalan olduğunu bildirib.
Beləliklə...

Paşinyan 2020-ci ilə itmiş "başının" axtaraşı ilə...

Bu yerdə qeyd edək ki, ekspertlər bu günlərdə Paşinyana belə bir təklif irəli sürüb ki, nə qədər ki, başın bədənindədir, bu oyundan geri çəkil. Çünki 2019-cu ildə ardıcıl olan görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışları artıq Ermənistan cəmiyyətində Paşinyan rejiminə qarşı böyük nifrət və inanmazsızlıq formalaşdırdı. Və Paşinyanın yenidən sərsəm bəyanatlarla çıxış etməsi isə ölkə daxili ictimai-siyasi vəziyyəti öz xeyrinə dəyişmək istəsə də nəticə uğursuzdur.
Bir sözlə, Ermənistan nə qədər təxribat törətmək istəsə də, Paşinyan və komandası da daxil, bütövlükdə erməni toplumunun qurtuluşu, xilası məhz elə Azərbaycanla bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, bu gün demək olar ki, Dağlıq Qarabağ problemindən başqa heç bir məsələ həll olunmamış qalmır: "Aprel hadisələrindən sonra, ilk növbədə, dünya ictimaiyyəti, vasitəçiliklə məşğul olan beynəlxalq qurumlar, təşkilatlar bir daha əmin oldular ki, Azərbaycan xalqı ərazilərinin işğal altında qalması ilə barışmayıb və barışmayacaq. Bu, Ermənistan hakimiyyəti üçün də bir dərs olmalıdır. Yəqin ki, onlar lazımi nəticələr çıxaracaq və danışıqlar prosesində konstruktiv mövqedən çıxış edəcəklər. Uzun müddət davam edən status-kvo tezliklə dəyişməli, münaqişə beynəlxalq hüququn normaları və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycan əsgəri "hərbi yolla Dağlıq Qarabağ münaqişəsinin həlli yoxdur" fikrini təkrarlayanlara real şəkildə sübut etdi ki, hərbi yolla torpaqların azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi mümkündür və bu məsələ ən qısa vaxtda öz həllini tapmalıdır".
Bir sözlə: Ermənistan nə qədər təxribat aparsa da, reallıq budur: təcavüzkar quduzlaşmış işğalçı ermənistan zəbt etdiyi torpaqlardan çıxmalıdır, başqa yol yoxdur!
Çünki Güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Ali Baş Komandan, ölkə Prezidentinin bildirdiyi kimi: "Nə qədər ki, Ermənistan bu təxribatçı əməllərdən əl çəkməyəcək, Azərbaycan Ordusu onları bundan sonra da cəzalandıracaq".

A.SƏMƏDOVA