PDF Oxu

Siyasət

  • 5 551

Paşinyan Koçaryanla həbsxana kamerasını bölşüdürəcəkmi?

Paşinyan Koçaryanla həbsxana kamerasını bölşüdürəcəkmi?

"Armenianreport": "Jurnalistlərə qarşı hücumlar, KİV-lərə qarşı məhkəmə iddiaları, hətta son 10 ildə bu qədəri olmamışdı. O, diktatora çevrilib"

Ermənistanda son günlər Nikol Paşinyan hakimiyyətinin ölkənin Konstitusiya Məhkəməsinə və sədrinə qarşı başlatdığı hücumlar, bu institutun ləğvi istiqamətində apardığı siyasət sərt şəkildə tənqid olunmaqdadır. Bu mənada, ölkə KİV-ləri də çoxsaylı materiallar verir, müxtəlif siyasi-ictimai ekspertlər və politoloqlar sözügedən addımı Ermənistanda başladılan növbəti diktatura siyasətinin başlanğıcı kimi qiymətlənədirirlər.
"Armenianreport"un analitik jurnalisti Tevos Arşakyan "Konstitusiya Məhkəməsi Paşinyanın birmənalı hakimiyyəti qarşısında səddir" başlıqlı məqaləsində bu məsələ ətrafında mülahizə apararaq qeyd edib ki, əgər Nikol, həqiqətən də, özünü demokrat kimi təqdim edirsə, onda ölkədə baş verən digər məsələlər də onun bu təqdimatını alt-üst edir. Üstəlik, hakimiyyət dayaqlarını laxlatmağa başladır.

Tevos Arşakyan: "Paşinyan bu instansiya barədə heç bir təsəvvürə malik deyil"

Sözügedən yazısında "Biz hansı demokratiyadan danışırıq ki, son il yarım ərzindəki faktlara görə, jurnalistlərə qarşı bu qədər çox hücumlar baş verib və KİV-lərə qarşı nə qədər məhkəmə iddiaları irəli sürülüb, hansı ki, ötən 10 il ərzində bu qədəri olmamışdı" deyə yazan erməni analitik qeyd edir ki, bütün bunlar jurnalist və baş redaktor olmuş, bu gün isə arvadının qəzet sahibi olduğu şəxsin hökumətə rəhbərliyi dövründə baş verir: "Belə olan vəziyyətdə Konstitusiya Məhkəməsi barədə daha nə danışmaq olar ki? Halbuki Paşinyan bu instansiya barədə heç bir təsəvvürə malik deyil".
Arşakyan, həmçinin, təəssüf hissi keçirdiyini qeyd edərək, həm də etiraf edib ki, bugünkü Ermənistan, eyni zamanda, Koçaryan və Sarkisyanın dövründə olduğu kimi, dövlət-hüquq normalarından və demokratik dəyərlərdən uzaqdadır.

"Nikol Vovayeviç hakimiyyətini bu cür uzurpasiya edirsə..."

"Biz onu da görürük ki, özünü demokrat olaraq mövqeləşdirən Paşinyan xələfləri kimi diktatora çevrilir" deyə məqaləsində yazan erməni jurnalist analitiki burada Robert Koçaryanla Serj Sarkisyanı nəzərdə tutub və Nikol Paşinyanın da, artıq hakimiyyət baxımından diktatorluğa doğru yönləndiyini bildirib. Hətta əvvəlki iki diktatorun hakimiyyətləri zamanı törətdikləri əməllərinin Paşinyanın əvəlləri qarşısında az olduğunu da qeyd edib: "Həqiqətən də, hakimiyyət insanları dəyişir, birmənalı haikimiyyət isə iki dəfə artıq. Əfsuslar olsun ki, mən artıq Paşinyanla Koçaryan arasında heç bir fərq görmürəm. Lakin onların arasında müəyyən fərqlər ola bilər - onlardan biri həbsxanadadır. Lakin Nikol Vovayeviç hakimiyyətini bu cür uzurpasiya edirsə, tam mənada, özünün əsas siyasi rəqibi ilə həbsxana kamerasını bölüşdürə bilər".

Rövşən RƏSULOV

Digər xəbərlər