Siyasət

  • 6 408

“Səs” qəzeti özünəməxsus dəsti-xətti, üslubu olan bir qəzetdir" ÖZƏL-MÜNASİBƏT

image

“Səs” qəzetində çalışan bütün əqidədaşlarım, məsləkdaşlarımı ad günü münasibətilə təbrik edirəm. “Səs” qəzeti müstəqil Azərbaycan mətbuatı tarixində özünəməxsus dəsti-xətti, üslubu olan bir qəzetdir. Bu qəzet, təkcə qəzetçilikdə qəbul olunmuş cəmiyyətin informasiya ilə təmin olunması funksiyasını yerinə yetirməyib, eyni zamanda, Azərbaycanda ictimai fikrin obyektiv əsaslarla formalaşmasında böyük xidmətlər göstərib”. Bunu SİA-ya “Yeni Azərbaycan” qəzetini baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.Baş redaktorun sözlərinə görə, qəzet Azərbaycanın siyasi sisteminin milli maraqlara uyğun formalaşmasında böyük əhəmiyyətə malik olub: ““Səs” qəzeti, 1991-ci ildə müstəqilliyimizin ilk illərində çıxmağa başladı. Bu dövrdə dünyada, regionda və cəmiyyətimizdə baş verən proseslər indiki qədər aydın deyildi. Xüsusilə, monoideoloji bir sistemdən çıxan insanlar üçün plüralist, mürəkkəb bir sistemə qədəm qoymaq çətin bir məsələ idi. Belə bir məqamda “Səs” qəzeti öz analitik yazıları ilə oxucuların rəğbətini qazanmağı bacardı. “Səs” qəzeti, həmçinin, Azərbaycan cəmiyyətində siyasi fikrin, siyasi plüralizmin bərpa olunmasında böyük xidmətlər göstərib. Bu qəzet böyük müxalifətçilik yolu keçmiş qəzetdir. Həm o dövrdə, həm də indiki iqtidaryönlü mətbuat orqanı kimi çox şərəflə və ləyaqətlə fəaliyyət göstərir. İstər milli maraqlarımızın təhdid altında olduğu, istərsə də ki, qəzetçiliyin və qəzetlərin müstəqil söz deməsinin çətin olduğu bir dövrdə “Səs” qəzeti böyük cəsarətlə öz sözünü deyib. Daim Ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu müdafiə edib və indi də onun təbliği istiqamətində müstəsna fəaliyyət göstərir.“Səs” qəzeti Ulu öndərin ideoloji tezislərinin, ideyalarının carçısı olub və öz peşəkar, ləyaqətli kollektivi ilə bu işin öhdəsindən gəlib. “Səs” qəzeti, həm də bir sıra tarixi hadisələri işıqlandırmaqla Azərbaycan mətbuatı tarixinə öz imzasına atıb. 1991-1992-ci illər Azərbaycan ağır günlərini yaşayırdı. Xalqımızın və ziyalılarımızın üz tutacağı, dərdini bölüşəcəyi mətbuat orqanı yox idi. Ölkə mətbuatı müxtəlif radikal qrupların əlində idi və belə bir məqamda 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə ünvanladığı müraciətini ilk dərc edən də məhz “Səs” qəzeti oldu. “Səs” qəzetinin işi bununla bitmədi, bu qəzet sonradan ziyalılar üçün tribuna oldu. Qəzetin fəaliyyəti bu gün də bu istiqamətdə davam edir. “Səs” qəzeti Azərbaycan mətbuatının çoxsaylı mənsubları üçün bir təcrübə auditoriyası olub. "Səs" qəzeti ölkənin ən aparıcı mətbuat orqanlarından biri olaraq, öz tarixi ənənələrinə və missiyasına sadiq qalaraq, səmərəli fəaliyyət göstərir. Mən bir daha “Səs” qəzetinin yaranmasının 29-cu ildönümü ilə əlaqədar onun rəhbərliyini və bütün kollektivini təbrik edir onlara yeni yeni yaradıcılıq uğurları, müvəffəqiyyətlər arzulayıram".

sia.az

Digər xəbərlər