Siyasət

  • 6 523

Bütün dünyada seçkilərin azad və demokratik keçirilməsində mətbuat mühüm rol oynayır

image

Bütün dünyada seçkilərin azad və demokratik keçirilməsində mətbuat mühüm rol oynayır. SİA-nın məlumatına görə, bunu bu gün "Seckinin mediada isıqlandırlması" mövzusunda keçirilən informasiya sessiyasında Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri Zoltan Hernyes bildirib. Zoltan Hernyes deyib ki, Avropa Şurası seçkilərin işıqlandırılması ilə bağlı bütün üzv ölkələrə tövsiyələr verib. Onun sözlərinə görə, bu tövsiyələr əsasən medianın rolu ilə bağlıdır. Z.Hernyes vurğulayıb ki, medianın sərbəst fəaliyyəti üçün şərait yaradılmalıdır: "Həm dövlət, həm də özəl media qurumları seçki prosesinin işıqlandırılmasına cəlb olunmalıdır. Həm seçkilərdən öncə, həm seçki zamanı, həm də seçkilərdən sonrakı dövrdə media bu prosesdə fəal iştirak etməlidir. Eyni zamanda biz Azərbaycan tərəfinə, o cümlədən Prezident Administrasiyasına, Mərkəzi Seçki Komissiyasına, Mətbuat Şurasına və digər müvafiq qurumlara seçkilər dövründə bizimlə əməkdaşlığa görə təşəkkür edirik". Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri qeyd edib ki, seçki dövründə mühüm məsələlərdən biri də gender bərabərliyidir: "Gender bərabərliyi həmişə müzakirə mövzusu olub. Gender bərabərliyinin təmin olunması mühüm əhəmiyyətə malikdir".

sia.az

Digər xəbərlər