Siyasət

  • 5 586

Milli Məclisin üzvlüynə namizəd Kamilə Əliyevanın seçiciləri ilə görüşləri davam edir

image

Yeni Azərbaycan Partiyası tərəfindən Milli Məclisin üzvlüynə namizəd Kamilə Əliyevanın seçiciləri ilə görüşləri davam edir.
Ötən gün rayonun Hənifə kəndində keçirilən görüşdə, rayon seçki Qərargahının üzvü Ömər Osmanov görüşü açmış,Yeni Azərbaycan Partiyasının sədri Cənab İlham Əliyevin 5 dekabr 2019-cu il Fərmanı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin qərarı barəsində seçicilərə məlumat vermişdir.Ölkədə aparılan iqtisadi və siyasi islahatların uğurla həyata keçirilməsi, Azərbaycanda aparılan beynalxalq təşkilatlarla məqsədyönlü işin nəticələrinə toxnulmuşdur.Milli Məclisin üzvlüynə namizəd Kamilə Əliyeva seçiciləri qarşısında əvvəlki seçkilərdə gördüyü işlərdən,Ölkə Prezidentinin siyasi hakimiyyət qarşısında gördüyü işlərdən,və yenidən Milli Məclisə üzv seçilərsə görəcəyi işlərdən danışmışdır.
Seçicilər adından çıxış edən Hənifə kənd sakini Aftandil Məmmədov seçkilərdə Kamilə Əliyevaya uğurlar arzulamışdır.Millət Vəkili olduğu müddətdə Hənifə kəndində seçicilərin görüşünə gəldiyi yaşlı və gənc seçicilərlə görüşləri birdaha xatırlamışdır.
Görüşün sonunda Rayon seçki Qərargahının üzvü Ömər Osmanov Deputatlığa namizədi əmin etmişdir ki,9 Fevral 2020-ci ildə seçki bülleteni alan hər bir seçici ilk növbədə Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyi düşünür. Seçicilər adından sizə uğurlar arzulayırıq.

yap.org.az

Digər xəbərlər