Siyasət

  • 5 095

"Bunu Azərbaycan üçün uğurlu adlandırmaq olar" - Qazaxıstanlı deputat:

image

"Azərbaycanda keçirilən parlament seçkiləri tam olaraq beynəlxalq standartlara uyğun keçdi". SİA-nın verdiyi məlumata görə, bunu Qazaxıstan parlamentinin deputatı Şaymardan Nurumov bu gün keçirdiyi mətbuat konfransında deyib.Ş.Nurumov bildirib ki, müşahidə missiyamız seçkilər zamanı 10-dan çox məntəqədə müşahidə aparıb: “Biz seçki prosesinin dəqiq təşkilatçılığının şahid olduq. Bunu Azərbaycan üçün uğurlu adlandırmaq olar. İş beynəlxalq tələblərə tam uyğun aparılıb”.Deputat, həmçinin seçicilərin sayını qeyd edib: “Biz seçki məntəqələrində çoxlu sayda seçici müşahidə etdik. Kəskin hava şəraitinə baxmayaraq seçicilərin əhval-ruhiyyəsi müsbət idi, bu da onu göstərir ki, azərbaycanlılar ölkədəki həyatdan razıdır və sabahkı günə inamları var”.O, parlament seçkilərinin ədalətli, uğurlu və beynəlxalq standartlara uyğun keçməsi ilə bağlı məmnunluğunu bildirib: “Biz vətəndaşlarla, partiya nümayəndələri ilə söhbət etdik, onların heç bir şikayəti yox idi. Hər şey uğurlu keçdi”.Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib. Seçkilərdə 1314 nəfər namizəd iştirak edib.Səsvermə hüququna malik 5 212 902 nəfər seçicidən 2 547 982 seçici səs verib. Seçici fəallığı 47.81 faiz təşkil edib.

sia.az

Digər xəbərlər