PDF Oxu

Siyasət

  • 34 008

"Məqsədimiz Azərbaycanı dünya üçün nümunəvi bir dövlətə çevirməkdir" ÖZƏL-MÜNASİBƏT

image

Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı vətəndaş cəmiyyəti institutlarının informasiya əldə etmək və yaymaq imkanlarını əsaslı şəkildə genişləndirmişdir. Ayrı-ayrı ölkələrin təcrübəsi göstərir ki, siyasi partiyalar ənənəvi medianın imkanlarından yararlanmaqla yanaşı, artıq sosial şəbəkələrin təqdim etdiyi xidmətləri informasiya-təbliğat və əks-təbliğat fəaliyyətinin həyata keçirilməsində prioritet istiqamət kimi müəyyənləşdirirlər.Azərbaycan Respublikasında 55 siyasi partiya dövlət qeydiyyatına alınsa da, onların böyük qismi fəaliyyətsizdir və ya məhdud şəkildə fəaliyyət göstərir ki, bu da həmin təşkilatların informasiya resurslarına çıxışında bilavasitə özünü büruzə verir.Məsələ ilə bağlı SİA-ya açıqlamasında Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə bunları deyib: “Demokratik İslahatlar Partiyası bütün seçki proseslərində iştirak edir. Partiyamz həm dövlət dəstəyi, həm də partiya üzvlərinin ianələri hesabına fəaliyyət göstərir. DİP çalışır ki, ölkənin ən mühüm problemlərinin həlli ilə bağlı müzakirələr təşkil etsin, dəyirmi masalar keçirsin, ölkənin intellektini problemlərin həllinə cəlb etsin. Bizim partiyanın əsas prinsipi məhz təkamül yolu ilə ölkəni inkişaf etdirmək, dərin islahatları həyata keçirərək müstəqil, müasir, demokratik Azərbaycanın dövlət quruculuğuna fəal iştirak etməkdir. Azərbaycan xalqının çox böyük potensialı var. Azərbaycan Şərqdə ilk dünyəvi və demokratik dövlət quran ölkədir. Əminəm ki, həm türk dünyası, həm də islam dünyası üçün Azərbaycan xalqı öz liderlik funksiyasını daşımağa qadirdir. Bizim ölkəmizin qarşısında duran ən əsas məsələ yeni gənc nəsilə yüksək səviyyəli təhsil vermək, öz mədəniyyətimizi, dəyərlərimizi qorumaqla yanaşı dünya mədəniyyətinin ən yüksək zirvələrini əldə etmək və Azərbaycanı dünya üçün nümunəvi bir dövlətə çevirməkdir”.

sia.az

Digər xəbərlər