PDF Oxu

Siyasət

  • 35 512

"Siyasi partiyalarla bağlı çox ciddi işlərin görülməsinə ehtiyac var" ÖZƏL-MÜNASİBƏT

image

"Bu gün Azərbaycanda siyasi palitra rəngarəngdir". Bunu SİA-ya siyasi şərhçi Azər Həsrət deyib.Siyasi şərhçinin sözlərinə görə, dövlət qeydiyyatına alınmış və fəaliyyət göstərən 50-dən çox siyasi partiya var: "Amma təəssüflər olsun ki, bu partiyaların böyük əksəriyyəti sadəcə olaraq dərbədərdir. Yəni normal təşkilatları, idarəetmələri yoxdur. Hətta onların bir çoxlarının bir rəhbəri var və qoltuğunda da bir qovluğu var. Onların partiya strukturlarından heç xəbər belə yoxdur. Ona görə də düşünürəm ki, siyasi partiyalarla bağlı məsələni yoluna qoymaq lazımdır. Son vaxtlar Prezident Administrasiyasının müvafiq şöbəsinin rəhbəri Ədalət Vəliyev siyasi partiya rəhbərlərini görüşə dəvət edir və onlarla məsləhətləşmələr aparır. Bunu təqdir edirəm. Əslində bu çoxdan edilməli idi. Həqiqətən də partiyalarla bağlı müəyyən araşdırmalar və təhlillər aparılmalıdır. Daha sonra normal siyasi partiyaların fəaliyyət göstərməsi üçün yollar göstərilməlidir.Burada söhbət nədən gedir? Söhbət ondan gedir ki, artıq mən də bir partiya sədriyəm və mənim də bir partiyam var deyib də kim gəldi ortaya düşməməlidir. Bunlara bir çəki, düzən verilməlidir. Yəni normal rəhbərliyi, partiya strukturları olan təşkilatlar siyasi partiya kimi fəaliyyətini davam etdirməlidir. Yerdə qalanlar isə dərnək səviyyəsindən yuxarı qalxa bilmirlər. Bu baxımdan düşünürəm k, indiki zamanda Azərbaycanda siyasi partiyalarla bağlı çox ciddi işlərin görülməsinə ehtiyac var. Bu gün iqtidar partiyası Yeni Azərbaycan Partiyasıdır. Onun öz strukturları var, Baş Qərargahı var, maaş alan gündəlik işləyən kadrları var. Amma müxalifət partiyaları haqqında bunu deyə bilmirik. Eləcə də müəyyən parlamentdə təmsil olunan müxalif partiyalar var ki, onların da bəzi strukturları, yerli təşkilatları var və normal da fəaliyyət göstərirlər. Amma böyük əksəriyyət partiyalar haqqında biz bu sözləri deyə bilmirik".

sia.az

Digər xəbərlər