PDF Oxu

Siyasət

  • 13 656

"Prezident AŞPA-nın yarıtmaz fəaliyyətinə obyektiv qiymət verib" - ŞƏRH

"Prezident AŞPA-nın yarıtmaz fəaliyyətinə obyektiv qiymət verib" - ŞƏRH

"Avropa Şurası beynəlxalq təşkilatlar içərisində ən qərəzli, ən qeyri-obyektiv təşkilatlardan biridir. İnsan hüquqlarının qorunmasını öz fəaliyyətinin prioritet istiqaməti hesab etməsinə baxmayaraq heç də bu prinsiplərin əsas meyar olduğunu nümayiş etdirə bilmir. Xüsusilə ayrı –ayrı ölkələrə münasibətdə ikili yanaşmalar sərgiləyərək subyektiv qərarlar qəbul edir. Bu qərarlar bəzən o dərəcədə qərəzli olur ki, bunu yalnız qarayaxma hesab etmək olar. Bunu SİA-ya açıqlamasında Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.Onun sözlərinə görə, təssüf ki, Azərbaycana münasibətdə AŞPA daima qərəzli olub: "Ölkəmizdə baş verən demokratik - siyasi proseslərə həmişə qara eynəklə baxıb. Hətta bir çox hallarda işğalçı Ermənistanı dəstəkləməklə demiokratik prinsiplərə və beynəlxalq hüquqa hörmətsizlik edib. Halbuki, beynəlxalq universal hüquq və ondan doğan insan hüquq və azadlıqlarının qorunması Avropa Şurasının fəaliyyətinin əsas qayəsini təşkil etməlidir. Əgər belə olmasaydı bu ilin mart ayının 31 də Qondarma Qarabağ rejiminin keçirdiyi saxta seçkilərə özündə cəsarət tapıb ədalətli qiymət verməyi bacarardı. Ancaq AŞPA bunu etmədi. Çünki daima ermənipərəst mövqedən, islamafob mövqedən çıxış edir. Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlığı Təşkilatı kimi beynəlxalq qurumlar, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Fransa, Rusiya kimi böyük dövlətlər Qondarma rejimin saxta seçki şousunu tanımadıqlarını bəyan etsələr də AŞPA bu barədə əsla bir mövqe bildirmədi. Ona görə də Azərbaycan ictimai rəyində bu təşkilatın heç bir nüfuzu yoxdur. Tam əksinə onun qərəzli və ölkəmizə qarşı qarayaxma kompaniyası aparan bir təşkilat olması rəyi mövcuddur. Bu da əlbətdə səbəbsiz deyil. Çünki hamı açıq şəkildə görür ki, AŞPA içərimizdə olan 5 –ci kalona dəstək verir və bütün hesabatlarını onların verdiyi yalan məlumatlar əsasında hazırlayır".H. Babaoğlu bildirib ki, Azərbaycanın demokratik və hüquqi dövlət imicinə zərbə vurur: "Bunula da birbaşa və dolayısıyla işğalçı Ermənistana beynəlxalq ictimai rəydə dəstək vermiş olur. Halbuki dünyada insan hquq və azadlıqlarının ən çox pozulduğu, parlamentin gülləbaran edildiyi, terrorun dövlət siyasəti halına gətirildiyi ölkə Azərbaycan torpaqlarını işğal edən, bir milyondan çox insanın qaçqın və məcburi köçkün halına salaraq onların təməl hüquqlarını pozan Ermənistandır. Bu ölkə dövlət deyil, yaxşı təşkilatlanmış terror örgütüdür. Neofaşizimin qalasıdır. Ancaq Avropa Şurası bütün bunları görmür. Azərbaycana gəldikdə isə heç bir əsası olmayan qərəzli qərarlar qəbul edir, insan hüquqlarının pozulduğunu iddia edir. Ona görə də AŞPA-nın ölkəmizlə bağlı qəbul etdiyi hər hansı qərar qərəzli və yalan olduğu üçün adi kağız parçası qədər dəyərsizidir. Azərbaycan Prezidenti İlham Əliyev Tərtər rayonuna səfəri zamanı söylədiyi nitqində bir daha diqqəti AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqeyinə çəkməklə bu təşkilatın yarıtmaz fəaliyyətinə obyektiv qiymət vermiş oldu. Düşünürəm ki, bu bir daha kimin kim olmasını, milli maraqlarımıza qarşı kimin qərəzli mövqe tutduğunu dərk etməmiz baxımından olduqca vacib idi".

sia.az

Digər xəbərlər