Siyasət

  • 12 387

YAP Gənclər Birliyinin onlayn yay düşərgəsində "İrəvan - qədim Azərbaycan şəhəri " mövzusu müzakirə olunub

image

YAP Gənclər Birliyinin onlayn yay düşərgəsində təşkil olunan seminarlar uğurla öz işini davam etdirir. İyulun 16-dan 31-dək davam edəcək düşərgədə YAP-ın gənc fəallarına Milli Məclisin bir neçə deputatının iştirakı ilə müxtəlif mövzularda seminarlar keçirilir, fikir mübadiləsi aparılır. Növbəti belə seminar iyul ayının 29-da "İrəvan - qədim Azərbaycan şəhəri " mövzusunda keçirildi. Bu gün keçirilən seminarda Milli Məclisin deputatları Əziz Ələkbərli, Ramin Məmmədov və Prezident Kitabxanasının şöbə müdiri, tarixçi alim Nazim Mustafa iştirak ediblər.
Videokonfransda çıxış edən Milli Məclisin deputatı, YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov yay düşərgəsinin iştirakçılarını salamlamış, proqram üzrə mövzunu və mühazirəçiləri gənclərə təqdim etmişdir. Daha sonra çıxış edən Nazim Mustafa və Əziz Ələkbərli mühazirəçi kimi görüşdən məmnun olduqlarını bildirmiş və "İrəvan - qədim Azərbaycan şəhəri " mövzusunda seminar keçmişlər.
Nazim Mustafa çıxışında bildirib ki, İrəvan qədimdən inkişaf etmiş Azərbaycan şəhəri olmuşdur. Burada tarixən yalnız Azərbaycan türkləri yaşamışlar. Ermənilər şəhərə geniş surətdə 1828-ci il Türkmənçay müqaviləsindən sonra İran və Türkiyədən köçürülmüşlər. Bununla da ermənilər XIX əsrin əvvəllərindən XX əsrin əvvəllərinə kimi çar Rusiyasının, XX əsrin əvvəllərindən, daha doğrusu, 1918-ci ildən Sovet Rusiyasının hi¬mayəsi altında və onlara arxalanaraq Azərbaycanın digər torpaqlarında olduğu kimi, İrəvan şəhərində də məskunlaşdırılmış, bunun nəticəsi olaraq şəhərin köklü sakinləri olan Azərbaycan türkləri zaman-zaman deportasiya edilmişlər. Onun sözlərinə görə, 1988-ci ildə Dağlıq Qarabağ ətrafında baş verən hadisələr keçmiş SSRİ məkanında böyük siyasi gərginlik yaratmış və bununla da bağlı SSRİ Ali Sovetinin Rəyasət Heyətində də bu məsələ müzakirə edilmişdir. Bu vaxt Azərbaycanı və azərbaycanlıları sevməyən M.S.Qorbaçov belə tarixi həqiqətləri az da olsa, dilə gətirmiş, indi Ermənistan adlanan Qərbi Azərbaycanda, onun paytaxtı İrəvan şəhərində azərbaycanlıların əhəmiyyətli dərəcə çoxluq təşkil etdiyini söyləmək məcburiyyətində qalmışdır.
Nazim Mustafa qeyd edib ki, təkcə sovet hakimiyyəti illərində 1988-ci ilə qədər tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində 250 minə yaxın azərbaycanlı yaşayırdı. Bu dövrdə 190 sırf azərbaycanlı yaşayış məntəqəsi, 94 ermənilərlə qarışıq ərazi mövcud idi. Ermənistanın 6 şəhərində də azərbaycanlılarla ermənilər qarışıq yaşayırdılar. 1988-ci ilə qədər Ermənistanda 521 azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirildi. 1991-ci ilin aprel ayında Levon Ter-Petrosyanın fərmanı ilə 91 azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirildi. Lakin ermənilər təkcə yaşayış məntəqlərinin adlarının dəyişdirilməsi ilə kifayətlənmədilər. Onlar hətta dağların, çayların, qayalıqlar, bulaqların da adını dəyişdiriblər. 1935-ci ildə çap olunmuş xəritədə də bu məqamlar əksini tapır. Xəritədən göründüyü kimi, tarixən həmin ərazilərdə ermənilərə aid bir toponim də yoxdur.
Daha sonra çıxış edən millət vəkili Əziz Ələkbərlinin fikrincə, ermənilər bu coğrafiyanın adamları deyildir. Əgər ermənilərə dövlət yaratmaq hüququ Sibirdə verilsə idi, erməni tarixşünaslıq elmi sübut edəcəkdi ki, Sibirdə yaşayan ilk insan erməni olub. Bu, erməni psixologiyasına xas olan bir şeydir. Əslində, erməni tarixçiləri ilə polemikaya girməyin mənası da yoxdur. Çünki erməni tarixi başdan-ayağa saxtadır. Erməni özü də yaxşı bilir ki, bu coğrafiyaya onun heç bir aidiyyəti yoxdur. Onlar gəlib oturduqları coğrafiyanın özlərinə qədərki bütün tarixinə, mədəniyyətinə – hər bir şeyinə sahiblənir, onlara qədər mövcud olmuş xalqları isə ya özəlləşdirir, ya da ki, tarixdən silirlər.
Çıxışlarda həmçinin qeyd edilib ki, Azərbaycan dövləti tərəfindən də bununla bağlı bir sıra işlər görülür, tədqiqatlar aparılır, həqiqətlər üzə çıxarılır. İrəvanın Azərbaycana məxsus olmasından və ermənilərin uzun illərdir bunu gizlətməyə çalışmasından bəhs edilən kitablar yazılır, filmlər çəkilir, layihələr həyata keçirilir.
Sonda onlayn düşərgədə iştirak edən gənclərin sualları cavablandırılıb.

yap.org.az

Digər xəbərlər