Anar Xəlilov: “Xarici "mühacirlər" kəşfiyyatçı sifəti ilə danışırlar” RƏY-ÖZƏL

Söz zamanlar ABŞ-ın dövlət büdcəsindən maliyyələşən "Azadlıq", "Amerikanın səsi" radiolarının Azərbaycanla bağlı qərəzli təbliğat apardığı, aqressiv davrandıqları müşahidə olunur. ABŞ Dövlət Departamentində kök salmış müəyyən şəxslərin diqtəsi ilə ölkəmizə qarşı yeni kampaniyanan təşkil olunmasına cəhdlər göstərilir. Bu işdə AXCP, “Milli Şura”, xaricdə məskunlaşmış bəzi xəyanətkar şəxslərdən – “5-ci kolon”dan istifadə olunur. Bu qrupların xaricdə yaşayan azərbaycanlıların aksiyalarını gözdən salmaq, ictimaiyyətimizin beynəlxalq hüquq-müdafiə təşkilatlarından bu məsələyə obyektiv münasinət göstərmək tələblərinə başqa don geyindirmək cəhdlərini başqa cür izah etmək mümkün deyil.Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov “Səs” qəzetinə açıqlamasında bildirdi ki, ermənilərin Tovuz təxribatından sonra dünyada Azərbaycanın ədalətli mövqeyi bir daha sübut olundu: “Sübut olundu ki, Ermənistan təcavüzkar ölkə olaraq öz məkrli siyasətindən əl çəkmək fikrində deyil və Azərbaycana qarşı işğalçılığını davam etdirmək niyyətindədir. Lakin məlum olduğu kimi, ermənilərin bu təxribatının qarşısı qətiyyətlə ordumuz tərəfindən alındı və Azərbaycan diasporunun çox uğurlu fəaliyyəti nəticəsində bütün dünyaya təcəvüzkarın bədnam niyyəti çatdırıldı. Diaspora nümayəndələrimizə edilən hücumlar ermənilərin bir daha xalqımıza qarşı bəslədiyi düşmənçiliyi beynəlxalq aləmə əyani sübut etdi. Beynəlxalq aləm ermənilərin istər Tovuz təxribatını, istərsə də diasporumuza qarşı vəhşiliyini qınadı. Burada, xüsusilə Diaspora Komitəsinin və diasporumuzun fəaliyyətini çox yüksək qiymətləndirirəm. Təbii ki, beynəlxalq aləmdə ermənilərin qınanılması və onların işğalçılıq siyasətinin pislənilməsi erməni və havadarlarını narahat etməyə başladı. Həmişə olduğu kimi, sapı özümüzdən olan anti-Azərbaycan qüvvələrin fondlarından maliyyələşən xaricdə "siyasi mühacir" adıyla məskunlaşan bir qrup azərbaycanlıların yenə də xidmətindən yararlanmağa başlanıldı. Yenə də bu insanlar sosial şəbəkələrdə Azərbaycanın uğurunu heçə endirməyə, ordumuzun gücünü zəif göstərməyə yönələn təxribatçı fikirlərlə çıxışlara başladılar”.A.Xəlilov onu da bildirdi ki, Azərbaycan diasporunun nümayəndələrinin dinc aksiyalarına ermənilərin hücumunu böyük sevinclə şərh edən bu insanlar, hətta utanmadan bunu Azərbaycanın təşkil etdiyini söyləməkdən belə şəkinmədilər: “Diasporumuza dəstək əvəzinə onun üzərinə ermənilərlə bərabər hücuma keçdilər. Hətta döyülən jurnalist xanımın guya özü-özünə xətər yetirdiyini bəyan etdilər. Maraqlı tərəfi odur ki, Qərbin müxtəlif dairələrindən maliyyələşən və erməni siyasətinə dəstək olan bu insanlar utanmadan xalqın adından danışır.Bu gün ABŞ dövləti tərəfindən maliyyələşən "Azadlıq", "Amerikanın səsi" və digər bəzi Qərb mətbuatının başlatdığı anti-Azərbaycan təbliğatı həm ermənilərin təcavüzkarlıq siyasətinin ört-basdır edilməsinə, həm də bunların apardığı fəaliyyət dəstəkdir. Eyni zamanda da, eyni təbliğat aparmaları bir daha sübut edir ki, bu "mühacirlər" haradan tapşırıq alır. Bu insanların fəaliyyəti xalqımızın böyük əksəriyyətinə məlumdur. Lakin bəzi insanlar bunların toruna düşür və sosial şəbəkələrdə havalarına oynayırlar. Mən o insanlara bildirirəm ki, ayıq olun özünüz də bilmədən ermənilərin qurduğu oyunun iştirakçısına çevirilirsiz. 90-cı illərdə bunlar bu üsulla Azərbaycanda istədiklərinə nail oldular, torpaqlarımızın 20%-i işğal olundu. Bu gün də həmin ssenari ilə yenidən Azərbaycan torpaqlarını zəbt etməyə çalışırlar. Bu dəfə düşmənə fürsət vermək olmaz, hər birimiz ayıq olmalıyıq. İnsanların sosial problemlərini qabardaraq arxasında siyasi oyun çevirmək istəyən bəzi müxalif qüvvələrə qarşı qətiyyətli olmaq lazımdır. Onlara meydan vermək olmaz. Sosial şəbəkələrdə onların dayaqları hesab olunan "mühacirlərin" fəaliyyətinə diqqət edin, qeyri-səmimi kəşfiyyatçı sifəti ilə danışırlar.ABŞ-da fətullahçıların da dəstəyindən istifadə edən Sevin xanım, xüsusilə Azərbaycan-Türkiyə dostluğundan bir kəlmə belə danışmır. Niyəsi yaxşı düşünsəz aydındır. Əksinə, sətiraltı qardaşlığımıza balta vurur. Bu gün hər birimiz ayıq olmalı, Azərbaycan dövlətçiliyi naminə prezidentin apardığı siyasətin arxasında olmalıyıq. Bu siyasət, lap az qalıb, tezliklə bizi Qarabağa qovuşduracaq. Sadəcə, düşmənlərimizə fürsət verməməli, onlara qarşı ayıq olmalıyıq”.

sia.az