Siyasət

  • 21 465

“Ermənistan öz işğalçılıq siyasəti ilə özünü təcrid edib” ÖZƏL-ŞƏRH

image

“Ermənistan siyasi və iqtisadi baxımdan müflis olub”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azəbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.Partiya sədrinin sözlərinə görə, Ermənistan hakimiyyətinə ya cinayətkarlar və oliqarxiya rejmi diktə edir, ya da Paşinyan kimi siyasi təfəkkürə malik olmayanlar: “Ermənistan ictimaiyyəti sözün əsil mənasında ciddi təhlükə altındadır. Bunu Ermənistanı idarə edən hakim dairənin yürütdüyü mövcud siyasəti şərh etdiyimiz zaman da görmək mümkündür. Əlverişsiz coğrafi mövqedə yerləşən Ermənistan öz işğalçılıq siyasəti ilə özünü bütün iqtisadi və ticari layihələrdən təcrid edib. Qonşu dövlətlərlə hər gün daha da ağır vəziyyət alan münasibətlər göz qabağındadır. Ölkədə klanlar arasında kürsü uğrunda gedən soyuq müharibələr hökm sürür. Aclıq və səfalət içində yaşayan erməni icmasının sabaha heç bir ümidi yoxdur. Sosial-iqtisadi baxımdan tənəzzülün astanasında olan Ermənistan hakim dairəsinin Rusiyaya qarşı çıxaraq, ölkədə Rusiya televiziya kanallarının translyasiyasını dayandırmaqla, ən son şansını da demək olar əlindən buraxıb. Yəni, belə olan halda Ermənistan kimi bir “dövlətciklə” müharibə aparılması belə utanc vericidir. Bu gün gəlin razılaşaq ki, Paşinyan siyasi arenada təlxək statsusundadır. Sadəcə, olan erməni icmasına olur. Dünya ictimaiyyəti qarşısında Paşinyan rejmi hakimiyyətdə qala bilmək naminə, erməni icması üzərində aclıq və səfalətə dözümlülüyün sınağını keçirir. Hesab edirəm, Azərbaycan və Türkiyə bilriyi və bərabərliyi ilə biz düşmənə yetəri qədər göz dağı verdik. Çox yaxın zamanda torpaqlarımızı işğaldan azad edəcəyik. Amma beynəlxalq təşkilatlar öz maraqları naminə Paşinyan rejminin erməni icmasına təzyiq göstərməsini və onlardan istifadə etməsini nəzərə almalı, bununla bağlı gərəkli atdım atmalıdır”.

sia.az

Digər xəbərlər