PDF Oxu

Siyasət

  • 19 507

"Ermənistanın möhkəmlənməsinin qarşısı alınmalı və lokal zərbələr endirilməlidir" ÖZƏL-MÜNASİBƏT

"Ermənistanın möhkəmlənməsinin qarşısı alınmalı və lokal zərbələr endirilməlidir" ÖZƏL-MÜNASİBƏT

“May ayından bəri Ermənistanla Azərbaycan arasında Qarabağ danışıqları faktiki dayanıb. Bir neçə dəfə onlayın müzakirələrdən sonra prezident İlham Əliyev haqlı olaraq belə bir onlayn danışıqların mənasız olduğunu açıqladı. Çünki belə bir danışıqlar, yalnız işğalçı ölkənin maraqlarına xidmət edir”. Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.Politoloqun sözlərinə görə, rəsmi Yerevanın Tovuz təxribatı və Qarabağda məskunlaşdırma siyasəti bütövlükdə münaqişənin həllində hər hansı bir həll variantının üstünən xətt çəkir və danışıqlar üçün yer qoymur: “Haqlı olaraq Azərbaycan tərəfi də Türkiyə ilə birgə hərbi hərərkətə keçərək, müharibə varinatına üstünlük verəcəyi mesajını verdi. Bölgədə situasiya gərgindir. İstənilən an müharibənin başlanması mümkündür. Türkiyə ilə birgə hərbi təlimlər rəsmi Bakının çevik diplomatik uğurudur.Rusiya tərəfi çalışır ki, yenidən Minsk qrupunun həmsədrlərinin iştirakı ilə danışıqları bərpa etsin. Bu prosesin başında Lavrov durur və bu, Ermənistanın xahişidir. Rusiyanın Xarici işlər naziri Sergey Lavrov danışıqların tez bərpa olunması barədə çalışdıqlarını qeyd edir. Görünür, Kreml Türkiyənin aktiv şəkildə fəaliyyətindən narazıdır. Danışıqları növbəti mərhələdə bərpa etməklə, yenidən manipulyasiyanı davam etdirməyə çalışacaqlar. Azərbaycan bu kimi danışıqlarda yer almamalıdır.Ümumiyyətlə, Rusiya danışıqlarda səmimi deyil. Çünki son bir ayda Ermənistana tonlarla silah-sursat göndərib və bu, Azərbycana qarşı təzyiq kimi planlaşdırılıb. Belə olan təqdirdə, Lavrovun bu açıqlaması, yalnız Yerevanın maraqlarına xidmət edir.Azərbaycan Rusiya XİN rəhbərinin moderatorluğu ilə başladılan danışıqlara getməməli, yalnız Ankara ilə hərəkət edərək, öz təkliflərini masaya qoyub, Ermənistanın bütün şərtlərinə qarşı çıxmalıdır. Rusiya yenidən Qarabağla bağlı ssenarini işə salır. Bu ssenari Azərbaycanın əleyhinədir. Minsk formatı çərçivəsində aparılacaq danışıqlar əvvəlki kimi status-kvonu qorumaq üçün planlaşdırılıb.Dövlət başçısı İlham Əliyev Rusiyanın ölkəmizdə agentura şəbəkəsini zəiflətməklə, Qarabağ məsələsində Türkiyə ilə çox ciddi uğur əldə edə biləcək. Bu istiqamətdə aparılan siyasətə qarşı müəyyən sabotajlar olsa da, prezidentin ciddi uğurlar əldə edəcəyi istisna deyil.Bu arada Ermənistan hakimiyyəti Xankəndi və Əsgəran arasında yeni yol çəkir. İnfrastrukturu təkmilləşdirir və Livandan ermənilərin köçürülməsini təşkil edir. Həmçinin, Rusiyadan Ermənistana daşınan silahların bir hissəsi Tovuzda və bir hissəsi isə, işğal olunmuş ərazilərdə yerləşdirilib. Cəbhə xəttində Ermənistanın möhkəmlənməsinin qarşısı alınmalı və lokal zərbələr endirilməlidir".

sia.az

Digər xəbərlər