"Düşmənin, təcavüzkarın, işğalçının, nasistin, faşistin, terroristin, vassal Ermənistanın sentyabrın 27-də əl atdığı növbəti qanlı təxribat, bütün cəbhə boyu atışkəsi pozması onun üçün baha başa gəldi, gəlməkdədir, təsəvvürünə belə gətirə bilmədiyi qərarlı, əzmli Azərbaycanı, Azərbaycan Ordusunu gördü və görməkdədir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin depudatı Eldəniz Səlimov deyib. Onun sözlərinə görə, bütün cəbhə boyu əks-hücum, əks-həmlə tapşırığı alan Azərbaycan Ordusu qısa zamanda bunu Vətən müharibəsinə, Qələbəyə gedən Zəfər yürüşünə çevirdi: "Sentyabrın 27-də, Zəfər yürüşünə başlanılan gün Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyev televiziyadan Azərbaycan xalqına müraciət etdi, Ermənistanın işğalçılıq siyasətinə artıq dözülməyəcəyini, torpaqlarımız son qarışına kimi azad olunanədək, əks-hücum, əks həmlə əməliyyatının davam etdiriləcəyini bildirdi. Cəmi bir neçə saat sonra Təhlükəsizlik Şurasının iclasını çağıran ölkə Prezidenti bir daha Azərbaycanın Haqq savaşı apardığını, Haqq yolunda olduğunu bəyan edərək təcavüzkar ölkəyə, onun başsız başbilənlərinə, bədnam baş nazir Paşinyana, Ermənistanın havadarlarına sərt mesajlarını və xəbərdarlıqlarını verdi, Azərbaycanın Zəfər qazanacağını, Qarabağın Azərbaycan və Azərbaycanın olduğunu birmənalı şəkildə vurğuladı".E.Səlimov onu da bildirdi ki, Azərbaycan Ordusu da üzərinə düşən müqəddəs vəzifəsini yerinə yetirmək, Qarabağı işğaldan azad etmək üçün Qələbəyə gedən Zəfər yürüşünü davam etdirdi və etdirməkdədir: "Zəfər dalınca Zəfər yazdı və yazmaqda, düşmənə dərs dalınca dərs verdi və verməkdədir. Eyni zamanda, ölkə Prezidenti həm də siyasət, diplomatiya meydanında. səngərində apardığı mübarizəni, müharibəni daha sərt və daha kəskin şəkildə davam etdirdi və etdirməkdədir. Dövlət başçısı "Rossiya-1" kanalının məşhur "60 dəqiqə" proqramına müsahibəsində (qeyd edək ki, Azərbaycan Prezidentindən sonra Ermənistanın baş naziri sualları cavablandırdı) Ermənistana, onun bədnam, avantürist rəhbərinə, onların havadarlarına, "Soros"un əlaltılarına, Ermənistanı üzərimizə qaldıranlar, sözün əsl mənasında, dərs verdi, şillə vurdu, onların mənfur, murdar iç üzlərini açaraq, yenidən ifşa etdi, dünyaya nümayiş etdirdi. Bütün dünya bir daha Prezident İlham Əliyevin simasında əsl Lider, əsl dövlət və siyasət xadimini gördü. Gördü ki, işğalçı kimdir, işğala məruz qalan kim, haqsız kimdir, haqlı kim. Ən əsası milyonlarla izləyicisi olan həmin proqram, həmin veriliş Paşinyanın hər mənada fiaskosu oldu, əgər onda bir balaca utanmaq, abır-həya hissi olsaydı, dərhal nəinki vəzifəsindən-hakimiyyətdən, bütövlükdə siyasətdən istefa verib gedərdi… Bütün çətin, həssas anlarda belə öz vətəndaşlarını, xüsusilə, Vətəni uğrunda canlarından keçməyi əsirgəməyənləri, Qarabağ müharibəsi əlillərini, veteranlarını, Şəhid ailələrini unutmayan, onlara diqqətlə, həssaslıqla yanaşan ölkə Prezidenti ən yaxın silahdaşı-Birinci xanım, Birinci vitse-prezident Mehriban xanım Əliyeava ilə birlikdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalına-son döyüşlərdə yaralanan hərbçilərimizə baş çəkdi, bir daha Azərbaycanın öz qərarında dönməz olduğunu, Qarabağın, işğal olunmuş torpaqların azad olunması istiqamətində Zəfər yürüşünün davam etdiriləcəyini, onun Qələbə ilə başa çatdırılacağını bildirdi. Ölkə Prezidenti həmçinin "İndi həqiqət anıdır"-deyərək, Haqq mübarizəsində Azərbaycanın yanında olanlara, onu birmənalı dəstəkləyənlər, qardaş və dost Türkiyə başda olmaqla, Pakistana, Əfqanıstana öz təşəkkürlərini, minnətdarlıqlarını bildirdi. Həmçinin, Azərbaycanın, həqiqətin yanında olmayanlara öz sərt mesajlarını verdi".E.Səlimov bildirdi ki, bu, müqəddəs Qələbəyə nail olunana, üçrəngli bayrağımız Qarabağımızın, digər işğal olunmuş bütün yurd yerlərimizin hər bir guşəsində dalğalanadək, dalğalandırılanadək davam edəcək, etdiriləcək: "Ali Baş Komandanın "TRT Haber"ə müsahibəsində də deyildiyi kimi: "Dağlıq Qarabağ bizim torpağımızdır, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir! Mən heç zaman imkan verməyəcəyəm ki, tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Bütün imkanlardan istifadə edib öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Biz buna yaxınlaşırıq".Bəli, Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycanın olub və Qarabağ Azərbaycanın olacaq!"
sia.az