Siyasət

  • 5 467

"Humanitar atəşkəs müharibənin sonu deyil"

image

27 sentyabrdan başlayaraq Azərbaycanın apardığı vətən müharibəsində ölkəmiz böyük qələbələrə imza atdı. Sübut etdi ki, o 30 ilə yaxın bir müddətdə dünyanın böyük dövlətlərinin həll etmək istəmədikləri işin öhdəsindən özü gəlməyə qadirdir.Ölkəmizin humanitar atəşkəsə razılıq verməsi bir daha sübut edir ki, Azərbaycan həqiqətən sülhsevər dövlətdir. Özünün xarici siyasətini və fəaliyyət prinsiplərini beynəlxalq hüquq prinsipləri və bəşəri-humanitar dəyərlər üzərində qurur. Ölkəmiz üçün müharibə məqsəd yox, sadəcə olaraq bir vasitədir. Yəni, 30 ildir ki, erməni işğalı altında olan torpaqların azad edilməsi üçün müharibə Azərbaycanın son məcburiyyət üsulu idi. Amma Azərbaycan humanitar prinspləri də yerə qoymur. Biz bir daha sübut etdik ki, ölkəmiz müharibə aparmağı da bacarır, müharibə şəraitində humanitar qayda və qanunlara əməl etməyə qadirdir. Humanitar atəşkəsə razılıq vermək indiki şəraitdə Azərbaycanın bir sivil dövlət olaraq dünyada imicinin möhkəmlənməsində böyük rol oynayır.Atəşkəs Qarabağ probleminin uzunmüddətli və möhkəm həlli üsulu deyil. Ona görə də, humanitar atəşkəsin davam etdiyi müddətdə Ermənistan Azərbaycanın şərtlərinə uyğun olaraq torpaqların azad olunması üçün tam iradə ortaya qoymaldır. Yalnız bu halda hesab etmək olar ki, humanitar atəşkəs artıq real nəticə verən bir üsuldur. Azərbaycan humanitar atəşkəs prinspilərinə sona qədər əməl etməklə bərabər, həm də onu Qarabağ probleminin həlli üçün daha möhkəm və uzunmüddətli şərtlər barədə razılıq əldə olunması üçün fürsət kimi həyata keçirə biləcək.Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Şanlı Azərbaycan Ordusunun işğalçı Ermənistan ordusunu darmadağın etməsi düşmənin ağ bayraq qaldırması ilə nəticələndi. İşğalçı Ermənistan Azərbaycan xalqından ilham alan Ordumuzun gücünü görüb danışıqlar üçün aman dilədi. Təcavüzkar ölkənin baş naziri Paşinyan bunun üçün zəng etmədiyi, yalvarmadığı dünya lideri qalmadı. Dünyanın aparıcı ölkələrinin liderlərinə yalvararaq imdad dilədi.Ermənistan tərəfinin xahişi ilə elan edilmiş humanitar atəşkəs yenə onun özü tərəfindən pozuldu. Ermənistan öz riyakarlığını bir daha göstərdi və Gəncə şəhərində terror aktı həyata keçirdi. Gəncə və digər ərazilərin bombalanması bütün dünya tərəfindən birmənalı şəkildə qınanmalıdır. Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncə cəbhə zonasından kənarda yerləşir. Hücum nəticəsində çoxmənzilli yaşayış binası dağıdılıb, nəticədə 9 nəfər həlak olub, 34 nəfər yaralanıb. İşğalçı Ermənistan müharibə bölgəsindən uzaqdan yerləşən Gəncə şəhərini, xüsusilə də dinc əhalinin yaşadığı ərazini özünə hədəf seçərək faktiki olaraq beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların əlavə Protokollarını kobudcasına pozmuş oldu. Onsuz da əvvəldən gözlənilirdi ki, ermənilər Moskva danışıqlarına, qəbul edilən humanitar atəşkəsə riayət etmək niyyətində deyillər. 30 ildə bir dəfə də verdiyi sözə, imzasına, qəbul etdiyi prinsiplərə əməl etməyən bir ölkənin “humanitar atəşkəs” istəyi də yalnız hiylə və oyun idi.Ordumuz regionda haqqı və ədaləti bərqərar etmək üçün döyüşür, bu, haqqı tapdanmış Azərbaycan xalqının mübarizəsidir: “Azərbaycan Ordusu qısa müddət ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. Baxmayaraq ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hər səfərlərində, hər çıxışlarında münaqişənin yalnız sülh yolu ilə həlli variantını irəli sürürdülər və hərbi yolun mümkünsüzlüyünü isbat etməyə cəhd edirdilər, Azərbaycan münaqişənin hərbi yolla həllinin mümkünlüyünü sübut etdi”.Dövlətimiz təkcə döyüş meydanında deyil, diplomatiya sahəsində də öz sözünü dedi və deyir. Biz inanırıq və əminik ki, şanlı ordumuz yenilməz Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında bir qarış da olsa belə torpağımızı yadlara güzəştə getməyəcək. Qələbə bizimlədir!

QARABAĞ AZƏRBAYCANDIR!

HİCRAN XƏLİLOVA
YAP Qaradağ rayon təşkilatı
Qadınlar Şurasının sədri

Digər xəbərlər