Siyasət

  • 5 533

Parlamentin komitə iclasının müzakirəsi: Erməni vandalizmi

image

Oktyabrın 13-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib. Parlamentdən SİA-ya verilən məlumata görə, komitənin sədri Bəxtiyar Əliyev Azərbaycanın Dağlıq Qarabağ bölgəsində təmas xəttində vəziyyət barədə fikirlərini açıqlayıb.Qeyd edilib ki, Ermənistanın təxribatları regionda təhlükə yaradır. İşğalçının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan Ordusu lazımi addımlar atır. Lakin Ermənistandan fərqli olaraq, Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur. Sentyabrın 27-dən bu günədək bütün baş verənlər Ermənistanın faşist mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Son hadisələr bir daha göstərdi ki, Ermənistan işğalçı dövlətdir. Azərbaycan isə yalnız özünü müdafiə etmək üçün əks-hücum əməliyyatları həyata keçirir. Komitə sədri öz çıxışında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyətinə də toxunub, fikirlərini söyləyib.Bildirilib ki, oktyabrın 9-da Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin iştirakı ilə danışıqlar zamanı Dağlıq Qarabağda təmas xəttində humanitar atəşkəs elan edilməsi barədə razılıq əldə edilməsinə baxmayaraq Ermənistan növbəti dəfə riyakarlıq göstərərək oktyabrın 11-nə keçən gecə Azərbaycanın döyüş bölgəsindən kənarda yerləşən, ölkənin ikinci böyük şəhəri Gəncəni raket hücumuna tutub və nəticədə mülkü əhali arasında ölənlər və yaralılanlar var. Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam, Ağcəbədi rayonlarının ərazilərini atəşə tutub. Biz bunu qəti şəkildə pisləyirik. Dünya birliyi də bu məsələdə Azərbaycanı dəstəkləyir.Sonra Bəxtiyar Əliyev bildirdi ki, gündəliyə “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə” birinci oxunuşda sənədlərin müzakirəsi daxil edilib.“Təhsil haqqında” qanun layihəsinə dəyişikliklə bağlı qeyd etdi ki, təklif olunan düzəlişlər qanunun bəzi müddəalarının təkmilləşdirilməsini nəzərdə tutur. Belə ki, qanunun müvafiq maddələrində “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası” anlayışının daxil edilməsi, eləcə də, “xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” ifadəsinin “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” ifadəsi ilə əvəz edilməsi təklif olunur. Bildirdi ki, bununla da ali təhsil diplomlarının tanınması proseduru təkmilləşdiriləcək, tanınan sənədlərin əhatə dairəsi genişləndiriləcək ali təhsilə aid olan və ya ali təhsilə qəbul olunmaq imkanı verən subbakalavr diplomlarının da tanınma imkanı və proseduru yaradılacaq.

sia.az

Digər xəbərlər